məqsədi cəmiyyətin iştirakçılarının mənafeyini icra orqanları tərəfindən yol verilə bilən mümkün sui-istifadə
hallarından qorumaqdan ibarətdir. O iştirakçıların ki, onlar kommersiya (sahibkarlıq) dövriyyəsinin professio-
nal subyektləri deyillər. Odur ki, belə qaydanın MM-də nəzərdə tutulması vacibdir.
Mülki Məcəllə həm də cəmiyyətin iştirakçılarının ümumi yıüıncaüının çaüırılması və keçirilməsi kimi məsə-
lələri tənzimləyir. Bu cür məsələlər MM-in 91.1-1-ci maddəsi ilə qaydaya salınır.
Hər şeydən əvvəl, onu qeyd edək ki, bir iştirakzısı olan cəmiyyətdə ümumi yığınjaq kimi ali orqan ola bil-
məz. Bu, məlum məsələdir. Odur ki, cəmiyyətin ümumi yığınjağının səlahiyyətləri iştirakzı tərəfindən təkbaşına
həyata keçirilir; O, ümumi yığınjağın səlahiyyətlərinə aid olan məsələlər barəsində təkbaşına qərarlar qəbul edir
və yazılı surətdə rəsmiləşdirir (MM-in 91-ci maddəsinin 1-ci bəndi; 91.1-4cü maddəsi).
Yuxarıda göstərdiyimiz məsələlərdən başqa, ümumi yığınjağın səlahiyyətlərinə digər məsələlər də aid edilə
bilər. Həmin məsələlər cəmiyyətin nizamnaməsində göstərilməlidir. Amma nizamnamədə göstərilib-göstərilmə-
məsindən asılı olmayaraq, ümumi yığınjaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni mözakirə edə
bilər (MM-in 91.1-1-ci maddəsi).
Ümumi yığınjaq iki cür olur:
●
növbəti ümumi yığınjaq;
●
növbədənkənar ümumi yığınjaq.
Dostları ilə paylaş: |