Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə741/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   737   738   739   740   741   742   743   744   ...   1820
statusu əldə edir. Məhz bu andan o, mülki hüquq və fəaliyyət qabiliyyətinə malik olur.  

ctimai birlik hüquqi şəxs statusu əldə edən kimi mülki hüquq və vəzifələrə malik olmaq qabiliyyətli olur. 

Özü də dərhal qeyd etməliyik ki, o, yalnız öz nizamnaməsində göstərilmiş fəaliyyət məqsədlərinə uyüun gə-

lən mülki hüquq və vəzifələrə malik ola bilər. Bu isə belə bir fikir söyləməyə əsas verir ki, ictimai birliyin 

mülki hüquq qabiliyyəti məqsədli (məhdud) xarakter daşıyır.  ctimai birliyin məqsədli (məhdud) hüquq qabi-

liyyətinin olması isə o deməkdir ki, ictimai birlik xüsusi olaraq iqtisadi (əmlak) dövriyyədə çıxış etmək üçün 

yaradılmamışdır  və  öz  fəaliyyət  məqsədini  həyata  keçirmək  üçün  o,  bu  dövriyyədə  çıxış  edə  bilər.  Deməli, 

ictimai birliyin iqtisadi (əmlak) dövriyyədə iştirakı həddən ziyadə məqsədli xarakter daşıyır. 

ctimai birlik yalnız öz fəaliyyət məqsədlərinə uyüun gələn mülki hüquqlar əldə edə və həyata keçirə, habelə 

mülki vəzifələr yarada bilər. Deməli, onun mülki fəaliyyət qabiliyyəti də məqsədli xarakter daşıyır. Məsə-

lən,  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  ictimai  birliyin  fəaliyyət  qabiliyyətinin  elementlərindən  biridir. 

Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq və bu fəaliyyəti həyata keçirmək imkanına malikdir. Amma 

ictimai birlik yalnız onun yaradılması məqsədlərinə nail olmaüa yönəldilmiş və bu məqsədə uyüun gələn sahib-

karlıq fəaliyyətini həyata keçirə bilər. Mal (xidmət) istehsalı və satışı, qiymətli kaüızların, əmlak və qeyri-əm-

lak hüquqlarının əldə edilməsi, əgər  yuxarıdakı şərtlərə cavab verərsə, ictimai birliyin həyata keçirdiyi sahib-

karlıq fəaliyyətinə misal ola bilər.  

Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ictimai birlik kommersiya təşkilatlarında iştirak edə bi-

lər. Söhbət onun təsərrüfat cəmiyyətinin (səhmdar cəmiyyətinin, məhdud məsuliyyətli cəmiyyətin və s.), təsər-

rüfat ortaqlıüının (kommandit ortaqlıqda kommanditçi kimi) yaradılmasında maya qoyan rolunda çıxış etməsin-

dən gedir.  

ctimai birlik həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəət və gəlirləri öz iştirakçıları ara-

sında bölüşdürmür. Bu mənfəət və gəlirlər ictimai birliyin nizamnaməsində göstərilən fəaliyyət məqsədləri-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   737   738   739   740   741   742   743   744   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin