Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə766/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   762   763   764   765   766   767   768   769   ...   1820
2. Hüquqi şəxsin filialı  

Nümayəndəlik kimi filial da (latınca «filialis» — oüulluq) hüquqi şəxsin xüsusi (ayrıja) bölməsidir. Onlar 

arasında həm oxşar, həm də fərqli cəhətlər vardır.  

Nümayəndəlik kimi filial da hüquqi şəxs tərəfindən yaradılır. Nümayəndəlik kimi filial da dövlət qeydiyyatı-

na alınır və dövlət qeydiyyatı orqanında aparılan dövlət reyestrinə daxil edildiyi andan o, yaradılmış hesab edi-

lir; yalnız xarici hüquqi şəxslərin AR-in ərazisində yaratdıqları filiallar dövlət qeydiyyatına alınır və buna görə 

də onlara dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. AR-də dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 

filialları isə dövlət reyestrinə daxil edilməlidir; belə filialların dövlət qeydiyyatına alınması tələb edilmir və bu 

səbəbdən onlara dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmir. Nümayəndəlik kimi filial da hüquqi şəxs tərə-

findən təsdiq edilən əsasnamə əsasında fəaliyyət göstərir. Əsasnamə filialın hüquqi statusunu müəyyənləşdirən 

və onun həyata keçirdiyi fəaliyyətin hüquqi əsasını təşkil edən başlıca sənəddir.  

Nümayəndəlik  kimi  filial  da  hüquqi  şəxs  statusuna  malik  olmayıb,  hüquqi  cəhətdən  müstəqil  deyil

Onun mülki hüquq qabiliyyəti və buna görə də mülki hüquq subyektliyi yoxdur. Məhz bu səbəbdən nüma-

yəndəlik kimi filial da hüquqi şəxs hüquqlarından istifadə edə və mülki dövriyyədə müstəqil olaraq öz adından 

çıxış edə bilmir. Üçüncü şəxslərlə hüquqi şəxsin adından və onun mənafeyi üçün əqdlər (müqavilələr) bağla-

maq və digər hüquqi hərəkətlər etmək üçün, bir sözlə, nümayəndəlik və digər hüquqi funksiyaları yerinə yetir-

mək özün (şübhəsiz ki, hüquqi şəxsin adından) filialın rəhbərinin adına (filialın özünə yox) etibarnamə verilir. 

Nümayəndəliyin rəhbəri kimi filialın da rəhbərini hüquqi şəxsin özü təyin edir. Etibarnamədə filialın rəhbərinə 

hüquqi şəxsin adından və onun mənafeyi üçün mülki (əmlak) dövriyyəyə çıxış etməyə səlahiyyət verilir. Səla-

hiyyətin verilməsi hüquqi şəxsin əsasnaməsində nəzərdə tutulmaq və göstərilmək yolu ilə də rəsmiləşdirilə bi-

lər.  

Nümayəndəlikdə olduüu kimi filialın da əmlak bazası hüquqi şəxs tərəfindən veriləəmlak hesabına ya-



radılır. Bu əmlakın mülkiyyətçisi filial yox, onu yaradan hüquqi şəxs hesab olunur. Buna görə də filialın fəa-

liyyəti ilə bağlı olaraq yaranan öhdəliklərə (borclara) görə cavabdeh olmaq hüquqi şəxsə həvalə edilir, yəni fili-

alın fəaliyyətinə görə filialın özü yox, onu yaradan hüquqi şəxs mülki-hüquqi məsuliyyət daşıyır Nümayəndəlik 

kimi filial da onu yaradan hüquqi şəxsin olduüu yerdən kənarda yerləşir.  

Göstərdiyimiz  xüsusiyyətlər  nümayəndəliyi  və  filialı  bir-birilə  birləşdirən  oxşar  cəhətlərdir.  Bununla  belə, 

onlar həm də fərqli cəhətlərə malikdirlər.  

Onlar arasında birinci fərqli cəhət ondan ibarətdir ki, nümayəndəlikdən fərqli olaraq filial hüquqi şəxsin 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   762   763   764   765   766   767   768   769   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin