Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə910/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   906   907   908   909   910   911   912   913   ...   1820
5. Torpaq sahəsinin alınması ilə əlaqədar olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi 

Konstitusiyanın  29-cu  maddəsinin  4-cü  bəndinə  görə,  dövlət  ehtiyacları  və  ya  ictimai  ehtiyaclar  üçün 



mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilir. Konstitusiya müddəasına uyğun olaraq özgəninkiləşdirilməsi 

mümkün olan mülkiyyət növlərindən biri torpaq sahəsi hesab edilir. Dövlət özünün ehtiyacları (ictimai ehtiyac-

lar) üçün torpaq sahəsi ala bilər. Məsələn, həyat əhəmiyyətli obyektlərin tikintisi, boru kəmərinin çəkilməsi, də-

mir yolu, avtomobil yolu salınması belə ehtiyacları şərtləndirən hallara misal ola bilər. Lakin alınan həmin tor-

paq sahəsində mülkiyyətçiyə məxsus binalar və qurğular (evlər, damlar, zirzəmilər, quyular və s.), habelə mey-

və ağajları, bitkilər, əkinlər və digər daşınmaz əmlak növləri ola bilər. Belə halda dövlət bu əmlak növlərini tor-

paq sahəsinin mülkiyyətçisindən satın alır və onların dəyərini ödəyir. 

24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi dövlət aldığı torpaq sahə-

sində olan daşınmaz əmlak növlərini yalnız məhkəmə qərarı əsasında əldə edə bilərdi. Bunun üçün daşınmaz 

ə

mlakın alınması tələbi ilə dövlət orqanı məhkəməyə müraciət edirdi. Bu tələb dövlət orqanının xeyrinə yalnız 



o halda ödənilə bilərdi ki, daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən torpaq sahəsindən dövlətin 

nəzərdə tutduğu məqsədlər üçün istifadə olunmasının qeyri-mümkünlüyü dövlət orqanları tərəfindən məhkəmə-

də sübut edilsin. Başqa sözlə desək, dövlət orqanları sübut etməli idi ki, daşınmaz əmlak növlərinə torpaq sahə-

sinin mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilməsə, onda torpaq sahəsindən məqsədə uyğun qaydada 

istifadə edilməsi mümkün olmayajaqdır. Dövlətin aldığı torpaq sahəsində olan daşınmaz əmlak növlərini məh-

kəmə qərarı əsasında əldə etməsi Konstitusiyanın 29-cu maddəsində ifadə edilən belə bir müddəaya əsaslanırdı 

ki, heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 24 iyun 2005-ci il tarixli qanunla 

MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra məsələnin məhkəmə tərəfindən həll olunması barədə norma 

MM-dən çıxarılmışdır ki, bu yuxarıda göstərdiyimiz Konstitusiya müddəasına ziddir. 

Beləliklə, MM-in 207-ci maddəsinin nəzərdə tutduğu üsulla şəxslərin mülkiyyət hüququna xitam verilir. Be-

lə halda binaların, qurğuların, meyvə-giləmeyvə ağajlarının, bitkilərin, əkinlərin, mədəni-məişət, istehsal və di-

gər  təyinatlı  obyektlərin  dəyərini  dövlət  mülkiyyətçiyə  ödəyir.  Bu  isə  Konstitusiyanın  prinsipial  əhəmiyyətə 

malik olan belə bir normasına uyğundur ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgə-

ninkiləşdirilməsinə yalnız qabaqjadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 

29-cu maddəsi). 

Torpaq sahəsinin mülkiyyətçisinin bu sahədə olan daşınmaz əmlak növlərinə mülkiyyət hüququna göstərilən 

üsulla  xitam  verildikdə,  dövlət  tərəfindən  satın  alınan  əmlak  onun  bazar  qiymətinə  əsasən  qiymətləndirilir 

(MM-in 211-ci maddəsi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   906   907   908   909   910   911   912   913   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin