Microsoft Word mulki huquq doc


normativ aktlar hüquqi qüvv



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə101/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   97   98   99   100   101   102   103   104   ...   1820
normativ aktlar hüquqi qüvvəyə minmə müddətindəəvvəl yaranan və müvcud olan ictimai münasibət-

lərə şamil olunmur. Bu isə onu ifadə edir ki, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-

ci maddəsinin 1-ci bəndi). Bu işdə özbaşınalıüa yol vermək olmaz. Deməli, normativ aktların geriyə qüvvəsinin 

olmaması o deməkdir ki, bu aktlar hüquqi qüvvəyə mindikdən əvvəl meydana gəlmiş münasibətlərə şamil edil-

mir. Məsələn, iki müəssisə arasında topdansatış ticarət münasibətləri yaranır. Bundan sonra bu cür münasibətlə-

ri tənzimləyən qanun qəbul edilir. Bu qanun həmin münasibətlərə tətbiq olunmayacaqdır. Qanunda birbaşa gös-

təriş nəzərdə tutulsa belə, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-ci maddəsinin 2-ci 

bəndi).  

Mülki qanunvericilik aktlarının geriyə qüvvəsinin olmaması prinsipindən qanunda nəzərdə tutulan hallarda 

müəyyən istisnaya yol verilir. Bu, onu ifadə edir ki, həmin hallarda müvafiq normativ akt qüvvəyə minəndən 

ə

vvəl əmələ gəlmiş münasibətlərə tətbiq edilir: 



 əgər həmin akt fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırırsa;  

 əgər həmin akt mülki hüquq məsuliyyətini aradan qaldırırsa;  



 əgər həmin akt mülki hüquq məsuliyyətini yüngülləşdirirsə.  

Söylədiklərimizdən belə təsəvvür yaranır ki, əgər mülki qanunvericilik şəxslərin hüquqi vəziyyətini pis-

ləşdirərsə  və  ya  onlara  zərər  vurarsa,  onda  onun  geriyə  qüvvəsindən  söhbət  gedə  bilməz.  Məsələn,  şəxs 

bankdan kredit alır. Kredit müqaviləsində kreditin qaytarılmasının hər gecikdirilən günü üçün kredit məblə-

üinin 0,2 faizi həcmində dəbbə pulu (penya) ödənilməsi nəzərdə tutulur. Bundan sonra Milli Bank tərəfindən 

qəbul edilən normativ aktda (təlimatda) penya (qanuni dəbbə pulu) 0,7 faiz məbləüində müəyyənləşdirilir. 

Bu təlimat kredit müqaviləsindən əmələ gələn münasibətə tətbiq edilməyəcəkdir. Ona görə ki, o, şəxsin və-

ziyyətini pisləşdirir. 

Mülki qanunvericilik aktlarının qüvvəyə minməsinin əsas iki qaydası və yolu vardır:  

 normativ aktın dərc olunduüu gündən qüvvəyə minməsi qaydası;  



 normativ aktın özündə və ya bu aktın qüvvəyə minməsinə dair xüsusi aktda göstərildiyi andan qüvvə-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin