yə minməsi qaydası..
Normativ aktların qüvvəyə minməsinin əsas yolu və qaydası onların dərc olunması ilə qüvvəyə minməsi
yoludur. Bu, nisbətən daha geniş yayılmış yoldur. Konstitusiyaya görə qanunun, Milli Məclisin qərarlarının,
prezidentin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, onlar
dərc edildiyi gündən qüvvəyə minir. Analoci göstəriş, yəni bu cür oxşar göstəriş «Normativ hüquqi aktlar
haqqında» qanunun 41-ci maddəsinin 1-ci bəndində də ifadə olunmuşdur.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının,
yerli özünüidarə orqanlarının və Milli Bankın normativ aktları əvvəlcə müəyyən edilmiş qaydada Ədliyyə Na-
zirliyində müəyyən edilmiş qaydada məcburi dövlət qeydiyyatından keçir. Bundan sonra həmin aktların
özündə başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.
Konstitusiya Məhkəməsi qərarlarına gəldikdə isə qeyd etmək lazımdır ki, onun yalnız qanunvericilik, ijra və
məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bülgösü, Konstitusiyanın və qanunların şərh edilməsi barədə qə-
rarları dərc olunduüu gündən hüquqi qüvvəyə malik olur. Konstitusiya Məhkəməsinin normativ xarakterli digər
aktları isə başqa yolla qüvvəyə minir. Belə ki, AR Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci
bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlər özrə qəbul olunmuş qərarlar onların özündə gös-
tərilən vaxtdan, digər məsələlər barədə isə qərarlar elan olunduğu andan qüvvəyə minir.
Qanunlar və prezident fərmanları «Azərbaycan» qəzeti və «Azərbaycan Respublikasının qanunvericilik
Dostları ilə paylaş: |