ki, müvafiq əqd üçün Mülki Məcəllədə müəyyən konkret forma nəzərdə tutulmur. Bu forma əqd bağlayan tərəf-
lərin sazişi ilə də müəyyənləşdirilmir. Deməli, onda əqd şifahi formada bağlanmış sayılır.
kinci hala o şifahi əqdlər şamil olunur ki, onlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilsin. Belə ki,
bəndi).
ifahi formada bağlana bilən əqdlər konklyudent (latınja «concludere» — bağlamaq) hərəkətlərin həyata ke-
325
çirilməsi yolu ilə də bağlanır.
Konklyudent hə
rə
kə
tlə
r şəxsin elə bir rəftarı və davranışıdır ki, bunun vasitəsi
ilə həmin şəxsin əqd bağlamaq iradəsi məlum olur və əqd bağlamağa razılığı açıq-aşkar görünür. Bu cür hərə-
kətləri real hərəkətlər adlandırmaq daha düzgün olardı. Məhz şəxsin real hərəkətləri hüquqi əhəmiyyət kəsb
edir. Bu cür hərəkətlərlə əqdin bağlanması halına çoxlu misallar çəkə bilərik: mal almaq üçün şəxsin avtomata
pul və ya ceton buraxması; metro vasitəsi ilə getmək üçün şəxsin cetonu avtomatik qurğuya atması; sürücünün
ümumi istifadədə olan nəqliyyat vasitəsini dayanajağa verməsi; şəxsin avtomat vasitəsi ilə valyuta dəyişməsi;
şə
xsin mirası qəbul etməsi üçün faktiki hərəkətlər etməsi və s.
Konklyudent hərəkət yolu ilə yalnız o əqdlər bağlanır ki, qüvvədə olan qanunvericilik həmin əqdlər üçün şi-
fahi forma nəzərdə tutsun. Yalnız şifahi formada bağlana bilən əqdlər konklyudent hərəkətlə bağlanarsa, hüquqi
ə
həmiyyətə malik olur. Yazılı formada bağlanmalı olan əqdlərin bu yolla bağlanması mümkün deyil, istisna
edilir. Bu cür əqdlər hüquqi nəticəyə səbəb olmur və etibarsız sayılır.
Ə
qdlər susmaq yolu ilə də bağlana bilər. Özü də dərhal qeyd etməliyik ki, ki, yalnız Mülki Məcəllədə və ya
tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda, susmaq əqdlərin bağlanmasının üsulu və yolu kimi çıxış
edə bilər.
Susmaq şəxsin elə bir hərəkətsizliyidir ki, bu hərəkətsizlik həmin şəxsin əqd bağlamaq iradəsini ifadə edir.
Bu hərəkətsizliyin kəsb etdiyi hüquqi məna belə bir xalq kəlamında ifadə olunur: «susmaq razılıq əlamətidir».
Susmaq dinməz razılıq deməkdir.
Susmaq yolu ilə əqd bağlanması hallarına çoxlu misallar çəkə bilərik. Məsələn, vərəsə 3 ay müddətində mi-
rasın qəbul edilməsini təsdiqləyən müvafiq hərəkət etməlidir. Onun bu hərəkəti etməməsi susmağı ifadə edir.
Bu cür susmaq isə mirasdan imtina kimi birtərəfli əqdin bağlanmasını nümayiş etdirir. Başqa bir misalda icra
müqaviləsinin müddəti qurtarır. Bu müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə tərəflər susurlar.
Belə halda susmaq müqavilənin eyni müddət üçün və eyni şərtlərlə uzadılmasını ifadə edir. Daha başqa bir mi-
salda müqavilə bağlamaq barədə təklif vermiş şəxsin (oferentin) susması müqavilənin bağlanmamasını ifadə
edir (MM-in 409-cu maddəsinin 5-ci bəndi).
Mülki qanunvericiliyin digər aktlarında susmaq əqdin bağlanması üsulu kimi nəzərdə tutula bilər. Bank qay-
dalarına görə, bank ödəmə tapşırığını razılıq almaq məqsədi ilə ödəyiciyə göndərir. Əgər ödəyici susarsa, bu,
onun ödənişə razılıq verməsini ifadə edir.
Almaniya mülki qanunvericiliyinə görə, əqdin formasının üç tipi fərqləndirilir: yazılı forma (MQ-nin 126-cı,
127-ci paraqrafları); rəsmi təsdiqetmə (MQ-nin 129-cu paraqrafı); notariat qaydasında təsdiq etmə (MQ-nin
128-ci paraqrafı). Yazılı forma imza qoyulmasını və ya notariatın tanıdığı digər işarələrin (nişanların) olmasını
tələb edir. Rəsmi təsdiqetmə forması onu ifadə edir ki, sənəd notarius tərəfindən tərtib olunmalı, imzalanmalı və
təsdiqlənməlidir. Bu, şəxsiyyəti eyniləşdirməyə imkan verir: notarius təsdiq edir ki, imza əqd bağlayan şəxsə
məxsusdur. Notarial forma əqd bağlamaq barədə təklifi və bu təklifin qəbul edilməsini notariusun təsdiqləməsi-
ni nəzərdə tutur.
Dostları ilə paylaş: