olması üçün iradə və iradəni bildirmə bir-birinə uyğun gəlməli, üst-üstə düşməlidir.
Ə
qdin etibarlı olması üçün iradənin və ya iradəni bildirmənin daha vacib əhəmiyyət kəsb etməsi, hansının
daha üstünlüyə malik olması məsələsi sovet dövrünün mülki hüquq elmində mübahisə predmeti olmuşdur. Bu
barədə üç əsas konsepsiya yaranmışdı. Birinci konsepsiyaya görə, iradəni ifadə etmə əqdin etibarlı olmasını
şə
rtləndirən əsasdır. Belə ki, əqd həmişə hərəkətdir, buna görə də hüquqi nəticə məhz iradəni ifadə etmə bağlı
olur. kinci konsepsiyaya görə, şəxsin daxili iradəsi (iradəsi) əqdin əsası və təməlidir. radə ilə iradəni ifadə et-
mə arasında ayrılıq olduğu hallarda, iradəni ifadə etməyə yox, iradəyə üstünlük verilməlidir. Üçüncü konsepsi-
yaya görə, iradə də, iradəni ifadə etmə də eyni dərəcədə vacibdir. radə və iradəni ifadə etmənin vəhdəti əqdin
etibarlı olmasına dəlalət edən labüd və mütləq şərtdir.
Zənn edirik ki, üçüncü konsepsiya tərəfdarı olan müəlliflərin mövqeyi daha əsaslı, daha məntiqidir. Müasir
müəlliflərin, demək olar ki, hamısı məhz bu mövqedə dayanırlar. Doğrudan da, əqd bağlayan şəxsin daxili ira-
dəsi ilə bu iradəni xaricən (zahirən) ifadə edən iradəni bildirmə arasında ziddiyyət, ayrılıq olduqda, əqdin eti-
barlı olmasından nejə söhbət etmək olar? Bu cür ziddiyyətlər olduqda, əqd etibarsız hesab edilir. Məsələn, ya-
nılma nəticəsində bağlanan əqdlərdə iradə və iradəni ifadə etmə bir-birinə uyğun gəlmədiyinə görə onlar etibar-
sız sayılır (MM-in 347-ci maddəsi). Burada iradə və iradəni ifadə etmə mühüm yanılma (əqdin şərtləri və pred-
meti barədə) nəticəsində bir-birinə uyğun gəlmir, üst-üstə düşmür. Məsələn, şəxs yanılaraq səhvən mağazadan
şə
klin əslini yox, yaxşı işlənmiş surətini alır.
Ə
qdin etibarlı olması üçün nəyin tələb edilməsi məsələsinin tarixi çox qədim vaxtlara gedib çıxır. Qədim
324
Roma hüququna görə, iradəni bildirmə əqdin etibarlı sayılması üçün tamamilə kifayət edirdi. Klassik və yeni
Roma hüququ isə, əksinə, iradəyə böyük əhəmiyyət verirdi. Ümumi Almaniya (pandekt) hüququnda əvvəljə ira-
də nəzəriyyəsi, sonra isə iradəni bildirmə nəzəriyyəsi yarandı. Almaniya Mülki Qanunnaməsi rəsmi surətdə yal-
nız nə iradə nəzəriyyəsini, nə də iradəni bildirmə nəzəriyyəsini dəstəkləyir. Amma son nəticədə burada iradə
nəzəriyyəsi üstünlüyə malikdir.
Yaponiya mülki hüquq elmində isə iradə və iradəni bildirmənin bir-birinə uyğun gəlməsi əqdin etibarlı sayıl-
masına dəlalət edən şərt kimi müəyyənləşdirilir.
Dostları ilə paylaş: |