Faktiki şərtin mahiyyəti ondan ibarətdir ki, əqd bağlandığı anda bu şərtin həyata keçirilməsinə real (faktiki)
imkan olmalıdır. Məsələn, podratçı ilə sifarişçi real (faktiki) olaraq mövcud olmayan yaşayış evinin təmiri barə-
sində razılığa gəlirlər. Bu cür əqdin hüquqi nəticəsi olmayajaqdır. Ona görə ki, bu əqd onun məzmununa aid
olan faktiki şərtdən məhrumdur. O, etibarsız əqd hesab ediləjəkdir. Həmin əqdlər bu və ya digər səbəbə görə
icrası mümkün olmayan etibarlı əqdlərdən fərqlənir. Məsələn, podratçı (tikinti təşkilatı) ilə sifarişçi taxta mate-
rialdan tikilmiş yaşayış evinin təmir edilməsi barədə müqavilə bağlayırlar. Yanğın nəticəsində həmin ev yanıb
kül olur. Bağlanmış əqd icra olunmayajaqdır. crası mümkün olmadığına görə o, xitam edilir.
Dostları ilə paylaş: |