Spirtli içkilərdən, psixotrop maddələrdən və yaxud narkotik vasitələrdən sui-istifadə etməsi, habelə
qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin tam əqd bağlamaq qabi-
liyyəti yoxdur. Bu kateqoriya şəxslər yalnız himayəçisinin razılığı ilə əqd bağlaya bilərlər. Xırda məişət xarak-
terli əqdləri bağlamaqda isə onlar müstəqildirlər.
Hüquqi şəxslərin əqd bağlamaq qabiliyyəti müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, onların kommersiya
təşkilatları kimi növlərinin qanunun qadağan etmədiyi istənilən əqdi bağlamaq qabiliyyəti vardır. Çünki
kommersiya təşkilatları ümumi (universal) mülki hüquq qabiliyyətinə malikdir. Hüquqi şəxslərin qeyri-kom-
mersiya təşkilatları kimi növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, onlar yalnız fəaliyyət məqsədlərinə
zidd olmayan və uyğun gələn mülki-hüquqi əqdlər bağlaya bilər. Bu, onunla izah edilir ki, qeyri-kommersi-
ya hüquqi şəxsləri xüsusi (məqsədli) mülki hüquq qabiliyyətinə malikdir.
Hüquqi şəxslər bəzi əqd növlərini yalnız buna xüsusi icazə (lisenziya) olduqda bağlaya bilərlər. Məsələn,
faktorinq müqaviləsini yalnız o kommersiya təşkilatı bağlaya bilər ki, onun faktorinq fəaliyyətini həyata keçir-
məyə icazəsi olsun (MM-in 655-ci maddəsinin 6-cı bəndi). Bank hesabı və bank əmanəti (depozit) kimi müqa-
vilələri yalnız Milli Bankdan lisenziya almış banklar və digər kredit təşkilatları bağlaya bilərlər.
Hüquqi şəxslərin əqd bağlamaq qabiliyyəti onun orqanları vasitəsilə həyata keçirilir. Belə ki, bu orqanlar
ə
qd bağlanarkən hüquqi şəxsin iradəsini formalaşdırır və ifadə edirlər. Həmin orqanlar mülki (əmlak) dövriyyə-
də hüquqi şəxsin adından çıxış edirlər. Onların hərəkəti hüquqi şəxsin özünün hərəkəti kimi hesab edilir və qə-
bul olunur, bir şərtlə ki, hüquqi şəxsin orqanları onlara verilmiş səlahiyyət çərçivəsində hərəkət etsin. Məhz bu
səbəbdən göstərilən orqanların əqd bağlaması nəticəsində yaranan hüquqi nəticəyə (mülki hüquq və vəzifələrin
ə
mələ gəlməsi, dəyişməsi və ya xitam olunması) həmin orqan yox, hüquqi şəxsin özü sahib olur. Başqa sözlə
desək, belə hallarda əqdin doğurduğu hüquqi nəticə hüquqi şəxs üçün yaranır.
Dostları ilə paylaş: |