Dövlət və bələdiyyələrin də əqd bağlamaq qabiliyyəti vardır. Onlar məqsədli (xüsusi, məhdud) mülki hüquq
qabiliyyətinə malik olduqları üçün yalnız həyata keçirdikləri funksiyalara və fəaliyyət məqsədlərinə uyğun gə-
lən, ümumi mənafeyə zidd olmayan mülki-hüquqi əqdlər bağlaya bilərlər. Dövlət və bələdiyyələr istehlakçı (ki-
rayə müqaviləsində kirayəçi, pərakəndə alqı-satqı müqaviləsində alıcı və s.) və sahibkar (sığortaçı, bank, faktor,
lizinq verən və s.) rolunda əqd bağlanmasında iştirak edə bilməzlər.
Almaniya sivilistika doktrinası şəxsin fəaliyyət qabiliyyətinə əqdin bağlanması üçün lazım olan zəruri ümu-
mi şərtlərdən biri kimi baxır. Bu şərti pozmaqla bağlanan əqd etibarsızdır.
Dostları ilə paylaş: |