sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxslər də müstəqil surətdə əqd bağlamaq qabiliyyə-
tindən məhrumdurlar. Həmin şəxslərin əvəzinə, əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər
və ya qəyyumlar bağlaya bilərlər. Amma bu kateqoriya şəxslərin hüququ var ki, xırda məişət əqdlərini və qa-
nunda nəzərdə tutulan digər əqdləri müstəqil surətdə bağlasınlar (MM-in 29-cu maddəsinin 2-ci bəndi).
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin də tam əqd bağlamaq qabiliyyəti
yoxdur. Bu kateqoriya şəxslər əqdləri öz valideynlərinin, övladlığa götürənlərin və ya himayəçilərin yazılı razı-
lığı ilə bağlayırlar. Bununla belə, onların xırda məişət xarakterli əqdləri, habelə qanunla müəyyənləşdirilən bəzi
növ əqdləri müstəqil surətdə bağlamağa ixtiyarı çatır (MM-in 30-cu maddəsinin 2-ci bəndi).
Dostları ilə paylaş: |