8. Əqdin notarial forması
Yazılı formalı əqdlərin digər növü notarial formalı əqdlər adlanır. Bu cür əqdlər sadə yazılı formalı əqdlər-
dən onunla fərqlənir ki, onlar notariat ( latınja «notarius» — yazan) fəaliyyəti ilə peşəkarjasına məşğul olan no-
tariusların (dövlət və ya xüsusi notariusların) iştirakı ilə həyata keçirilir. Notarial formalı əqdlər onun notariat
qaydasında təsdiq edilməsini nəzərdə tutur. Belə ki, əqdi rəsmiləşdirən yazılı sənədə notarius və ya bu cür nota-
rial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxs təsdiqləyici qeyd edir. Bununla da əqd bağlan-
mış olur. Bir sözlə desək, notarial formalı əqdlər notariat qaydasında təsdiqlənmiş əqdlərdir.
Dostları ilə paylaş: |