aparılması anlayışından fərqləndirmək lazımdır. Söhbət, hər şeydən əvvəl, mexaniki nəqliyyat vasitələrinin
dövlət qeydiyyatının aparılmasından gedir. Bu, müvafiq səlahiyyətli orqanlar tərəfindən həyata keçirilir. Həmin
orqanların dairəsi qanunla müəyyənləşdirilir. Məsələn, hüquqi və fiziki şəxslərə məxsus olan bəzi növ mexaniki
nəqliyyat vasitələri Daxili şlər Nazirliyində dövlət qeydiyyatına alınır. Bu cür dövlət qeydiyyatı müəyyən məq-
sədlər üçün aparılır: nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olun-
muş təhlükəsizlik qaydalarına uyğun olması; nəqliyyat vasitələrinin istifadə olunması zamanı uçot göstəricilə-
rində müvafiq dəyişikliklərin aparılması; nəqliyyat vasitələri sahibləri tərəfindən rüsumların və ya vergilərin,
yaxud ödənişlərin ödənilməsi; hüquq pozuntularına qarşı (cinayətkarlığa və s. qarşı) mübarizə aparılması və s.
Göründüyü kimi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması nəqliyyat vasitələrinə mülkiyyət hü-
ququnun əmələ gəlməsinə səbəb olan faktiki tərkibin zəruri elementi kimi çıxış etmir. Əqdlərdən əmələ gələn
hüquqların dövlət qeydiyyatı isə məhz bu cür element rolunu oynayır. Belə ki, məsələn, əgər şəxs alqı-satqı mü-
qaviləsi əsasında avtomobil əldə edərsə və daxili işlər orqanında (DYP -də) onun qeydiyyatı aparılmazsa (uçota
götürülməzsə), bu hal həmin avtomobil üzərində yaranan mülkiyyət hüququnun qüsurlu olmasına dəlalət edə
bilməz. Ona görə ki, göstərilən qeydiyyatın aparılmaması avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığına
səbəb ola bilməz.
Dostları ilə paylaş: |