tərəfindən alındığı an onun qüvvəyə mindiyi vaxt hesab ediləcəkdir, bir şərtlə ki, normativ aktda onun qüv-
vəyə minmə müddəti göstərilməsin. Kredit təşkilatlarının fəaliyyəti ilə əlaqədar Milli Bankın normativ aktları
xüsusən bu qayda ilə qüvvəyə minir. Poçt və ya başqa rabitə vasitələri ilə həmin aktların mətni dərhal məlumat
üçün kredit təşkilatlarına göndərilir.
Mülki qanunvericiliyin zamana görə qüvvəsinin əhatə etdiyi ikinci məsələ normativ aktların qüvvədə olma
müddətidir. Normativ aktların qüvvədə olma müddəti dedikdə, müvafiq münasibətlərə onların tətbiq olunma
vaxtı başa düşülür. Bu elə bir müddətdir ki, həmin müddət ərzində normativ akt hüquqi əhəmiyyətə malik ol-
maqla icra edilir.
Müddət kimi meyara görə mülki qanunvericilik aktlarını iki yerə bölmək olar: müvəqqəti normativ aktlar;
müddətsiz normativ aktlar. Müvəqqəti normativ aktlar odur ki, bu aktlar yalnız müəyyən bir müddət ərzində
qüvvədə olur. Normativ aktda onun qüvvədə olma müddəti göstərilir. Bu müddət başa çatan kimi avtomatik
olaraq normativ akt qüvvədən düşür. Belə hallarda onun qüvvəsini itirməsi barədə hər hansı bir xüsusi akt
Dostları ilə paylaş: |