qdlərin formaja qüsurlu olması əqdin qanunla (Mülki Məcəllə ilə) və ya tərəflərin razılaşması ilə müəy-
yən edilmiş sadə yazılı formasına və ya notarial formasına əməl edilməməsindən, habelə əqdlərdən əmələ gələn
hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət olunmamasından ibarətdir.
Ümumi qaydaya görə, əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur (MM-in
329-cu maddəsinin 1-ci bəndi). Belə ki, qanunda və ya tərəflərin qarşılıqlı razılığı ilə əqdin sadə yazılı formada
bağlanması nəzərdə tutula bilər. Əgər əqd bu forma tələbinə riayət etməməklə bağlanarsa, etibarsız hesab edilir,
bir şərtlə ki, qanunda başqa hal müəyyən edilməsin.
Dostları ilə paylaş: |