mülki-hüquqi sanksiya tətbiq edilməlidir, yəni həmin şəxslər əqd üzrə qarşı tərəfə (vijdanlı tərəfə) verdiyi
ə
mlakı geri almaq hüququndan məhrum edilməli, bu əmlak dövlət mədaxilinə keçməlidir.
4. Əqdin etibarsızlığının əlavə əmlak nəticəsi
Ə
qdin etibarsızlığının əlavə əmlak nəticəsi xüsusi xarakterli nəticədir. Ona görə də o, xüsusi əmlak nəticəsi
də adlanır.
Ə
qdin etibarsızlığının əlavə əmlak nəticəsi dedikdə, müvafiq tərəfin etibarsız əqdin bağlanması və icra
edilməsi nəticəsində qarşı tərəfə (zərərçəkənə) vurduğu zərərin əvəzini ödəməsi başa düşülür. Məlum məsələdir
ki, vurulmuş zərərin əvəzini ödəmə vəzifəsi etibarsız əqd bağlanmasında və bu əqdin icra edilməsində təqsiri
olan tərəfin üzərinə qoyulur. Məhz bu tərəfin təqsiri üzündən əqdin qarşı tərəfinə zərər vurulur. Təqsirli hərə-
kətlərə yol verdiyinə görə o, mülki-hüquqi məsuliyyət daşıyır. Ona görə də həmin şəxsə zərərin əvəzini ödəmə
Dostları ilə paylaş: |