olunanadək mövcud olan vəziyyəti bərpa edilir, yəni zərərvuran tərəf (vijdansız tərəf) əqd üzrə aldıqlarının ha-
mısını zərərçəkən tərəfə qaytarır. Zərərvuran tərəf (vijdansız tərəf) isə əqd üzrə verdiyini geri almaq hüququnu
itirir: ona heç nə qaytarılmır. Belə ki, zərərçəkən tərəf zərərvurandan aldığını qaytarmağa borclu deyildir.
Köhnə 1964-cü il MM-nə görə, zərərvuran (vijdansız) tərəfə qaytarılmalı olanlar dövlət mədaxilinə keçirilir-
di (həmin Məcəllənin 52-ci maddəsi). Bu cür qayda RF-in müasir MM-də də saxlanılmışdır. Həmin qayda vij-
Beləliklə, birtərəfli restitusiyaya görə, əqd üzrə icra edilənləri yalnız zərərçəkən tərəf geri ala bilər. Bununla
Bəzən alınanları eyni ilə (naturada) qaytarmaq mümkün olmur. Belə hallarda alınanın dəyəri pulla ödənilir.
24 iyun 2005-ci il tarixli qanunla AR MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi aşağıdakı əqdlər birtə-
354
rəfli restitusiyaya səbəb olurdu:
●
hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər;
●
zorakılıq nəticəsində bağlanmış əqdlər;
●
aldatma nəticəsində bağlanmış əqdlər;
●
hədə təsiri altında bağlanmış əqdlər;
●
bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər;
●
şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər.
24 iyun 2005-ci il tarixli qanunla AR MM-ə dəyişikliklər və əlavələr edilməsi nəticəsində göstərdiyimiz əqd-
lər artıq birtərəfli restitusiyaya səbəb olmur. Məsələ burasındadır ki, indi həmin etibarsız əqdlərə də MM-in
337-ci maddəsinin 5-ci bəndinin qaydaları tətbiq edilir (MM-in 339-cu maddəsinin 5-ci bəndi). Bu qaydalara
görə əvvəldə qeyd etdiyimiz kimi, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alı-
nanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bu, onu ifadə edir ki, həmin
etibarsız əqdlər də ikitərəfli restitusiyaya səbəb olur. Deməli, Azərbaycan Respublikasının indiki Mülki
Məcəlləsi birtərəfli restitusiyanı nəzərdə tutmur. Amma təəssüflə qeyd etməliyik ki, məsələyə bu
cür yanaşma
haqq, insaf və ədalət baxımından düzgün deyil. Hesab edirik ki, həmin əqdlər üzrə vijdansız zərər vuran tərəfin
ə
mlak vəziyyəti bərpa olunmamalı, onlara özlərinin etdikləri vijdansız hərəkətlərə görə müsadirə növündə
Dostları ilə paylaş: