nin təyinatına görə də təsnif edilir. Bu meyara görə onların dörd növü fərqləndirilir:
●
mülki hüquqlar yaradan müddətlər;
●
mülki hüquqların həyata keçirilməsi müddətləri;
●
mülki vəzifələrin icrası müddətləri;
●
mülki hüquqların müdafiəsi müddətləri.
ndi də bu müddət növlərinin hər birinə qısaja hüquqi xarakteristika verək.
§ 2. Təyinatına görə mülki-hüquqi müddətlərin növləri
1. Mülki hüquqlar yaradan müddətlər. Mülki hüquqların
həyata keçirilməsi müddətləri
Mülki hüquqlar yaradan müddətlər odur ki, bu müddətlərin təyinatı subyektiv mülki hüquqlar əmələ gə-
tirməkdən ibarətdir. Bu qəbildən olan müddətlər hüquq yaradan hüquqi fakt rolunu oynayır. Elə bir fakt ki, bu
fakt müəyyən mülki hüquqların əmələ gəlməsinin əsası kimi çıxış edir. Məsələn, fiziki şəxs on səkkiz yaşına
çatması ilə tam mülki fəaliyyət qabiliyyəti əldə edir. Başqa bir misalda vətəndaş özünə məxsus olmayan daşınar
ə
mlaka beş il öz əmlakı kimi vijdanla sahiblik edir. Beş il tamam olduqda o, həmin əmlak üzərində mülkiyyət
hüququ əldə edir (MM-in 181-ci maddəsi 4-cü bənd). Almaniya və Yaponiya mülki hüququnda bu növ müddət-
lər əldə etmə müddəti adı altında nəzərdə tutulur. Almaniya mülki hüququna görə, əldə etmə müddəti
(Ersitzung) və ya akvizitiv (latınja «acquisizia» — əldə etmək) müddət dedikdə, fasiləsiz sahiblik nəticəsində
hüquq əldə edilməsi başa düşülür. Yaponiya mülki hüququ da əldə etmə müddətinə anoloci anlayış verir.
Dostları ilə paylaş: |