Mülki hüquqların həyata keçirilməsi müddətləri odur ki, bu müddətlər ərzində səlahiyyətli şəxsin özü sub-
yektiv hüququnun gerçəkləşdirilməsi üçün hər hansı hərəkət edə və ya borclu şəxsdən müəyyən hərəkətlərin
edilməsini tələb edə bilər. Başqa sözlə desək, o, həmin müddət ərzində subyektiv mülki hüququn məzmununu
təşkil edən elementləri — hüquqi imkanları (səlahiyyətləri) həyata keçirmək hüququna malikdir. Bu müddətlə-
rin əsas təyinatı səlahiyyətli şəxsə ona məxsus olan subyektiv hüquqdan öz mənafeyini təmin etmək məqsədilə
istifadə etməyə real imkan verməkdən ibarətdir. Onlar həm qanunvericiliklə, həm də tərəflərin sazişi ilə müəy-
yən edilə bilər.
Mülki hüquqların həyata keçirilməsi müddətləri bir neçə yarımnövə bölünür:
●
mülki hüquqların mövcud olma müddətləri;
●
preklyuziv müddətlər;
●
qarantiya müddətləri;
●
pretenziya müddətləri;
●
yararlılıq müddətləri;
●
xidmət müddətləri.
Dostları ilə paylaş: |