Qarantiya müddətləri (fransızja «qarantie» — təminat) odur ki, bu müddət ərzində borclu şəxs maldan
(xidmətdən, işdən), adətən, təyinatına uyğun normal istifadə edilməsinə təminat və zəmanət verir və o, səlahiy-
yətli şəxs malda (xidmətdə, işdə) qüsur aşkar etdiyi halda, səlahiyyətli şəxsin tələbi ilə qüsuru əvəzsiz olaraq
aradan qaldırır və ya malı (işi, xidməti) başqa malla əvəz edir, habelə müəyyən şərtlər olduqda vurulmuş zərərin
ə
vəzini ödəyir. Bu müddət ərzində borclu şəxs (kreditor) satılan malın, göstərilən xidmətin və ya görülən işin
keyfiyyətli (normal) olmasına görə səlahiyyətli şəxs qarşısında cavab verir. Sivilistika elmində və mülki
qanunvericilikdə qarantiya müddəti təminat müddəti və ya zəmanət müddəti adı altında da nəzərdə tutulur.
Səlahiyyətli şəxs rolunda istehlakçı (alqı-satqı müqaviləsində alıcı, podrat müqaviləsində sifarişçi, daşıma mü-
qaviləsində yük göndərən və s.), borclu şəxs qismində müxtəlif şəxslər (alqı-satqı müqaviləsində satıcı, podrat
müqaviləsində podratçı, daşıma müqaviləsində daşıyıcı) çıxış edə bilərlər.
Qarantiya müddəti ərzində səlahiyyətli şəxs müəyyən qüsur aşkar etdikdə, borclu şəxsə bu qüsurların əvəzsiz
olaraq aradan qaldırılması və ya malın (işin, xidmətin) başqası ilə əvəz edilməsi barədə pretenziya tələbi irəli
sürür. Borclu şəxs aşkar edilmiş qüsurları öz hesabına aradan qaldırmalı və ya məhsulu (malı, işi, xidməti) baş-
qası ilə əvəz etməlidir.
Bir qayda olaraq, səlahiyyətli şəxs məhsulu (malı, işi, xidməti), adətən, qəbul edəndə onun gizli qüsurlarını
müəyyən edə bilmir. Bu qüsurlar yalnız istifadə, istismar, istehlak və emal prosesində özünü büruzə verir. Bax,
qarantiya müddəti də səlahiyyətli şəxsi xətərsizləşdirmə məqsədi ilə müəyyən edilir.
Alqı-satqı müqaviləsi üzrə qarantiya müddətinin axımı əşyanın alıcıya verildiyi məqamdan başlanır (MM-in
583-cü maddəsinin 1-ci bəndi). Bu, dispozitiv normadır. Belə ki, alqı-satqı müqaviləsində başqa qayda da nə-
zərdə tutula bilər. Məsələn, müqavilədə göstərilə bilər ki, qarantiya müddətinin axımı məmulat istismara (istifa-
dəyə) verildiyi andan hesablansın və s. Qanunvericilik aktında qarantiya müddətinin malın satıldığı gündən he-
sablanması haqqında göstərişə də rast gəlirik. Podratçı podrat müqaviləsi üzrə qarantiya müddəti ilə öhdəlik gö-
türə bilər (MM-in 774-cü maddəsi).
Xidmət və yararlılıq müddətləri qarantiya müddətinin yarımnövləri hesab edilir. Bəzən qarantiya müddətinin
364
bu iki yarımnövünü əsassız olaraq qarışdırırlar. Onlar həm ümumi, həm də fərqli cəhətlərə malikdir. Xidmət və
yararlılıq müddətlərini birləşdirən ümumi əlamət ondan ibarətdir ki, hər iki müddət maldan təhlükəsiz istifadə
dövrünü müəyyən edir. Onlar arasında olan bir neçə fərqli cəhət isə həmin müddətləri bir-birindən ayırmağa
imkan verir.
Dostları ilə paylaş: |