Birincisi, xidmət müddəti, bir qayda olaraq, nisbətən uzun müddət istifadə üçün nəzərdə tutulan və istehlak
olunmayan mallar (məsələn, minik avtomobili və s.) üçün müəyyən edilir. Yararlılıq müddətinə gəldikdə isə, bu
müddət tez xarab olan, korlanan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə
törədən ərzaq məhsulları, dərmanlar, ətriyyat-kosmetika vasitələri, kimya məhsulları və başqa mallar (işlər, xid-
mətlər) üçün müəyyən olunur.
kincisi, xidmət müddəti istehlakçıya mal satıldığı gündən, bunu müəyyən etmək mümkün olmadığı halda
isə malın hazırlandığı gündən hesablanır. Yararlılıq müddəti isə mal hazırlandığı gündən hesablanır.
Üçüncüsü, yararlılıq müddəti həmişə vaxt vahidi ilə, məsələn, dövrlə, tarixlə müəyyən edilir. Xidmət müd-
dətinə gəldikdə isə, göstərmək lazımdır ki, bu müddət başqa ölçü vahidi ilə də hesablana bilər. Məsələn, avto-
mobilin xidmət müddəti qət etdiyi məsafə ilə (kilometracla) müəyyən edilir.
Dördüncüsü, yararlılıq müddəti ötmüş malların satışı qadağandır. Bu cür malları satmaq olmaz. Xidmət
müddəti keçmiş mallar barəsində isə qanun bu cür qadağa müəyyən etmir.
Beləliklə, xidmət müddəti dedikdə, elə bir vaxt dövrü başa düşülür ki, bu dövr ərzində istehsalçı istehlak
olunmayan malın təyinatı üzrə təhlükəsiz istifadə edilməsinə təminat verir. Müəyyən edilmiş vaxtdan artıq isti-
fadə edilməsi istehlakçıların həyatı, sağlamlığı, onların əmlakı və ya ətraf mühit üçün təhlükə yaradan, xətər tö-
rədə və ya zərər vura bilən bütün məhsullara (mallara, işlərə, xidmətlərə) xidmət müddəti müəyyən edilməlidir.
stehsalçının borcudur ki, bu cür malların istismar təlimatlarında xidmət müddətini göstərsin.
Dostları ilə paylaş: |