Xüsusi müddət ümumi müddəti konkretləşdirən aralıq müddətdir. Məsələn, yuxarıdakı misalda tərəflər pod-
rat müqaviləsində tikinti işinin ayrı-ayrı mərhələlərinin aybaay görülüb başa çatması barədə şərtləşirlər. Xüsusi
müddətlər aylıq, on günlük (dekada) və s. olur. Bu müddətlər müqavilədə konkret olaraq göstərilir.
Borclu şəxs mülki vəzifələrin icrasının həm ümumi müddətinə, həm də xüsusi müddətinə əməl etməlidir.
Məhz belə halda vəzifənin lazımınja icrasından söhbət gedə bilər.
Mülki hüquqların müdafiəsi müddəti təyinatına görə müddətlərin xüsusi əhəmiyyətə malik olan növü sa-
yılır. Bu, onunla izah edilir ki, məhz həmin müddət ərzində pozulmuş hüquqların bərpa edilməsi üçün tələb irəli
sürülür. stənilən subyektiv mülki hüquq yalnız müdafiə olunduqda real əhəmiyyət kəsb edir. Bu cür müdafiə
anjaq nəzərdə tutulan müddətdə həyata keçirilir ki, bu da mülki hüquqların müdafiəsi müddəti adlanır.
Dostları ilə paylaş: |