§ 1. Mülki hüquqların müdafiə
müddətinin anlayışı, əhəmiyyəti və növləri
1. Mülki hüquqların müdafiə müddətinin anlayışı. ddia
müddəti və onun əhəmiyyəti
Mülki hüquqların müdafiə müddəti odur ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüquqları-
nın məjburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müda-
fiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Belə
ki, həmin vaxt dövründə hüququ pozulmuş tərəf öz hüququnu müdafiə etmək məqsədilə məhkəməyə müraciət
edə bilər. Məhkəməyə müraciət etməyin və pozulmuş mülki hüquqların müdafiə olunmasının əsas hüquqi vasi-
təsi isə iddiadır. Buna görə də sivilistika elmində və mülki qanunvericilikdə mülki hüquqların müdafiə müddəti
iddia müddəti adlanır.
Dostları ilə paylaş: |