Uzadılmış xüsusi iddia müddəti odur ki, o, ümumi iddia müddətinə nisbətən «uzundur». Əvvəlki dövrün
qanunvericiliyi (1964-cü il MM-in 74-cü maddəsi) yalnız qısaldılmış xüsusi iddia müddətlərinin müəyyən edil-
məsinin mümkünlüyünü nəzərdə tuturdu. Məhz bu səbəbdən mülki hüquq elmində xüsusi iddia müddətləri qı-
saldılmış iddia müddətləri anlayışı ilə əhatə olunurdu. Amma müasir qanunvericiliyə görə, bu cür əhatə olun-
mağın əsası yoxdur. Belə ki, həm bizim ölkə qanunvericiliyi, həm RF-in qanunvericiliyi uzadılmış xüsusi iddia
müddətlərinin də müəyyənləşdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Amma MM-də uzadılmış xüsusi iddia
müddətinə rast gəlmirik. Bəzən məhkəmə qərarına əsasən əmələ gələn tələblər üzrə müəyyənləşdirilən 30 illik
müddət (MM-in 551-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi) səhvən bu növ iddia müddəti hesab edilir.
Onları bir-birilə qarışdırmaq olmaz. 30 illik müddət iddia müddəti yox, ekstinktiv (yəni mülki hüquqların
mövcud olma və ya ləğv olunma) müddət sayılır.
ddia müddəti digər iddia müddəti növlərindən fərqlənir. Bununla belə, o, mülki hüquqların mövcud olma,
preklyuziv və pretenziya kimi müddət növlərinə yaxındır. Bu müddət növlərini birləşdirən ümumi cəhət ondan
ibarətdir ki, həmin müddətlərin ötməsi və keçməsi subyektiv hüququn əsasını təşkil edən hüquqi imkanların
ləğv edilməsinə və qüvvədən düşməsinə səbəb olur. Onlar arasında müəyyən fərqli cəhətlər də vardır.
Mülki hüquqların mövcud olma müddətləri və preklyuziv müddətlər pozulmamış mülki hüquqların həyata
keçirilmə müddətləridir. ddia müddətinə gəldikdə isə o, yalnız pozulmuş subyektiv hüquqlara şamil edilir.
ddia müddəti pretenziya müddətindən onunla fərqlənir ki, iddia müddəti ərzində pozulmuş hüquqlar məhkə-
mə orqanları tərəfindən məjburi qaydada müdafiə edilir. Pretenziya müddətində isə səlahiyyətli şəxsin pozul-
muş hüquqları borclu şəxsin özü tərəfindən könüllü qaydada bərpa edilir.
Dostları ilə paylaş: |