tının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri. Bu aktlar, adətən, qeyri-normativ xarakterə ma-
likdir. Əgər onlar şəxslərin mülkiyyət hüququnu pozarsa, həmin şəxs iddia ilə məhkəməyə müraciət edə bilər.
Belə hallara da iddia müddəti şamil edilmir. Məsələn, şəhər icra hakimiyyətinin qərarı ilə vətəndaşa məxsus
olan tikili heç bir əsas olmadan ondan alınır.
Bəzən iddia müddətinin tətbiq edilməsinin qeyri-mümkünlüyü hüquq münasibətinin özünün xarakterindən
irəli gəlir. Məsələn, fiziki şəxsin ölmüş hesab edilməsi haqqında və ya onun qeyri-fəaliyyət qabiliyyətli sayıl-
ması barədə tələblərə, təbii ki, iddia müddəti şamil edilmir. Məlum məsələdir ki, bu cür tələblərə iddia müddəti
ş
amil etmək məntiqsizlikdir.
Dostları ilə paylaş: |