2. ddia müddəti axımının dayandırılması
Vaxt fəlsəfi anlayışdır. O, materiyanın əsas mövcud olma formalarından biridir. Vaxt obyektiv kateqoriya-
dır. Belə ki, o, obyektiv olaraq mövcuddur. Vaxtın mövcud olması bizim şüurumuzdan kənarda olub, ondan ası-
lı deyildir. Buna görə də vaxt fasiləsiz xarakterə malikdir: onu ya dayandırmaq, ya kəsmək, ya da bərpa etmək
olmaz.
Bununla bərabər, elə vaxt dövrləri vardır ki, onlar qanunda nəzərdə tutulan hallar mövcud olduqda, iddia
müddətinə hesablana da bilər, hesablanmaya da. Söhbət iddia müddətinin axımına təsir göstərərək onu dayandı-
ran, vaxtında iddia verilməsini çətinləşdirən hallardan gedir. Bu hallar iddia müddətinin fasiləsiz və arası kəsil-
məyən axımına təsir göstərir. Mülki qanunvericilik həmin halları nəzərə alır. Tərəflərin iradəsindən asılı olma-
yan göstərilən hallar obyektiv xarakter daşıyaraq, iddia müddəti axımının dayandırılmasına səbəb olur.
Dostları ilə paylaş: |