Eksterritorial prinsip əsasında normativ aktların məkana görə qüvvəsi dedikdə, müəyyən bir dövlətdə
yaranan mülki hüquq normasının başqa xarici dövlətin ərazisində hüquqi qüvvəyə malik olması başa düşülür.
Söhbət müəyyən dövlətin qanunvericilik sisteminə daxil olan normativ aktın xarici dövlət ərazisində yaranan
münasibətləri tənzimləmək üçün tətbiq edilməsindən gedir. Xarici qanun konkret dövlətin ərazisində yalnız o
halda tətbiq edilə bilər ki, həmin konkret dövlətin hüququ ümumi formada buna yol versin. Xarici qanunverici-
liyin tətbiqi beynəlxalq saziş və müqavilələrdə də nəzərdə tutula bilər. Bu müqavilə və sazişlərin normativ akt-
ların eksterritorial qüvvəsinin tənzimlənməsində rolu böyükdür. Belə ki, onlarda müəyyən dövlətin qanunveri-
ciliyinin həmin dövlətin ərazisindən kənarda tətbiq edilməsi qaydası müəyyənləşdirilir, yəni başqa dövlətin əra-
zisində olan vətəndaş və hüquqi şəxslərə münasibətdə hüquqi qüvvəyə malik olması göstərilir. Bu cür müqavi-
lələrə Azərbaycan Respublikasının RF, Türkiyə və digər dövlətlərlə bağladığı hüquqi yardım haqqında beynəl-
xalq hüquqi aktları misal göstərmək olar. MDB ölkələri özrə hüquqi yardım haqqında 7 oktyabr 2002-ci il tarix-
li Kişinyov çoxtərəfli konvensiyası bu sahədə mühüm rol oynayır. Burada normanın eksterritorial qüvvəsini ni-
zama salan bir sıra müddəalar vardır: fiziki şəxslərin fəaliyyət qabiliyyəti onların vətəndaşı olduüu ölkənin qa-
nunvericiliyi ilə müəyyən edilir; hüquqi şəxslərin hüquq qabiliyyəti onların təsis olunduüu ölkənin qanunverici-
liyi ilə müəyyən edilir. Mülkiyyət, vərəsəlik, xarici ticarət əqdləri və digər məsələlər həll edilərkən eksterritorial
prinsipdən istifadə olunur. Xarici qanunvericiliyin Azərbaycan Respublikasının ərazisində tətbiq olunması
«Beynəlxalq xüsusi hüquq haqqında» qanunla tənzimlənir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasına məxsus hava gəmilərinin başqa dövlətdə olduğu zaman
həmin gəmilərlə bağlı yaranan münasibətlərə aviasiya haqqında qanun tətbiq edilir (həmin qanunun 3-cü mad-
dəsi). Analoci göstəriş TGM-də nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |