Microsoft Word mulki huquq doc


 Mülki qanunvericiliyin subyektl



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə118/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   114   115   116   117   118   119   120   121   ...   1820
5. Mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi 

Mülki qanunvericiliyin hüquqi qüvvəsinin əhatə etdiyi məsələlərdən biri onun subyektlərə görə qüvvəsi mə-

sələsidir. Mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi dedikdə, normativ aktların mülki hüququn müəy-

yən kateqoriya subyektlərinin,  yəni fiziki şəxslərin, bələdiyyələrin, dövlətin və hüquqi şəxslərin iştirak etdiyi 

münasibətlərə tətbiq edilməsi başa düşülür.  

Ümumi qayda belədir ki, mülki qanunvericilik aktlarının subyektlərə görə hüquqi qüvvəsi bu aktların məka-

na (əraziyə) görə hüquqi qüvvəsi ilə üst-üstə düşür. Bu, o deməkdir ki, mülki qanunvericilik Azərbaycan Res-

publikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir (MM-in 9-cu maddə-

sinin 1-ci bəndi). O, qüvvədə olduüu Azərbaycan Respublikasının ərazisində yaşayan fiziki şəxslərə, habelə iş-

lər görən, xidmətlər göstərən, mal istehsal edən və s. hüquqi şəxslərə aid edilir. Dövlət ərazisində qüvvədə olan 




 

45 


mülki qanunvericilik aktları demək olar ki, həmin ərazidə fəaliyyət göstərən mülki hüququn bütün subyektləri-

nə münasibətdə hüquqi qüvvəyə malikdir. Bu aktların hüquqi qüvvəsi apatridlərin (vətəndaşlıüı olmayan şəxs-

lərin), əcnəbilərin (xarici ölkə vətəndaşlarının), bipatridlərin (ikiqat vətəndaşlıüı olan şəxslərin), habelə xarici 

hüquqi şəxslərin ( korporasiya, firma, kompaniya və digərlərinin) iştirak etdiyi münasibətlərə də şamil edilə bi-

lər, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. Dediklərimizdən belə çıxır ki, ümumi qaydaya görə 

mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə 

ünvanlanır.  

Bununla belə, mülki qanunvericiliyin subyektlərə görə qüvvəsi barədə ümumi qaydadan iki halda istisnaya 

yol verilə bilər. Bu, o deməkdir ki, həmin hallarda mülki qanunvericilik aktlarının şəxslərə görə qüvvəsi onların 

məkan (ərazi) özrə qüvvəsi ilə üst-üstə düşmür. Birinci hal ondan ibarətdir ki, normativ aktın özündə birbaş




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin