kası (dövlət) öhdəlikdə həm kreditor, həm də borclu şəxs rolunda çıxış edə bilərlər. Öhdəlik hüquq münasi-
bətlərində həm kommersiya təşkilatları, həm qeyri-kommersiya təşkilatları, həm istehlakçı vətəndaşlar, həm də
sahibkar statuslu vətəndaşlar iştirak edə bilərlər.
Öhdəliyin məzmunu dedikdə, tərəflərin hüquq və vəzifələri başa düşülür. Kreditorun tələb hüququ və borc-
lu şəxsin müəyyən hərəkətləri etmək vəzifəsi öhdəlik hüquq münasibətinin məzmununu təşkil edir. Öhdəlikdə
tərəflərin hüquq və vəzifələri vahiddir. Özü də bir tərəfin malik olduğu hüquqa digər tərəfin daşıdığı vəzifə
uyğun gəlir. Məsələn, podrat öhdəliyində podratçının (borclu şəxsin) borcudur ki, nəzərdə tutulan obyekti tik-
sin. Podratçının bu vəzifəsinə sifarişçinin (kreditorun) nəzərdə tutulan obyekti tikməyi tələb etmək kimi hüququ
uyğun gəlir. carə öhdəliyində icarəçinin (borclu şəxsin) borcudur (vəzifəsidir) ki, müddət başa çatdıqda, icarə-
yə götürdüyü əşyanı icarəyə verənə (kreditora) qaytarsın. carəçinin daşıdığı bu cür vəzifəyə icarəyə verənin əş-
yanı qaytarmağı tələb etmək kimi hüququ uyğun gəlir. Alqı-satqı öhdəliyində satıcının əşyanı vermək vəzifəsi-
nə alıcının satılmış əşyanın ona verilməsini tələb etmək hüququ uyğun gəlir. Deməli, kreditor yalnız o hərə-
Dostları ilə paylaş: |