3. Öhdəliyin əmələ gəlmə əsasları
Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onla-
rın yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür.
Başqa sözlə desək, öhdəliklər hüquqi faktlar əsasında əmələ gəlir. Qanun öhdəliyin tərəfləri üçün hüquq və vəzi-
fələr müəyyənləşdirilməsini bu faktlarla əlaqələndirir.
Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi kifayət qədər genişdir. Bu faktların təxmini
dairəsi qanunda müəyyənləşdirilmişdir. MM-in 386-jı maddəsi öhdəliyin əmələ gəlməsi əsaslarını tənzimləyir.
Bu normada öhdəliyin əmələ gəlməsinin müqavilə, zərər vurmaq, əsassız varlanma kimi əsasları göstərilmişdir.
Bunlarla yanaşı, öhdəliklər MM-də nəzərdə tutulan digər əsaslardan da yarana bilər.
Öhdəliyin əmələ gəlməsinin ən geniş yayılmış əsası müqavilədir. Müqavilə öhdəliyin yaranmasını şərtləndi-
rən hüquqi faktlar arasında mühüm yer tutmaqla aparıjı rola malikdir. Bu cür müqavilələrin sayı kifayət qədər çox
və müxtəlifdir: alqı-satqı müqaviləsi; dəyişmə müqaviləsi; icarə müqaviləsi; kirayə müqaviləsi; daşıma müqavilə-
si; sığorta müqaviləsi; kredit müqaviləsi və s. Azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iq-
tisadi fəaliyyət növü ilə məşğul olmaq üçün mülki hüququn subyektləri müxtəlif müqavilələr bağlayırlar. Özü də
onlar müqavilə bağlamaqda müstəqildir. Müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir
(MM-in 6-jı maddəsi).
stehsalı zəruri xammalla, materialla təmin etmək üçün, hazırlanmış məhsulu realizə etmək üçün alqı-satqı
və mal göndərmə müqaviləsindən istifadə edilir. Ev, qarac, mənzil tikmək üçün, müxtəlif təmir işlərini görmək
üçün vətəndaş tikinti təşkilatı ilə podrat müqaviləsi bağlayır. Yükü, baqacı və sərnişinləri təyinat yerinə çatdır-
maq üçün daşıma müqaviləsindən istifadə olunur.
Bazar münasibətləri şəraitində müqavilə iqtisadi əlaqələri tənzimləyən ən universal hüquqi alət kimi çı-
xış edir. O, normal əmtəə-mal dövriyyəsinin və prosesinin əsası rolunu oynayır. K.Marksın dili ilə desək, müqa-
vilə əmtəə mübadiləsi münasibətlərini və iqtisadi əlaqələri rəsmiləşdirən hüquqi formadır. Müqavilə elə bir əl-
verişli hüquqi formadır ki, o, tərəflərə özlərinin əmlak mənafelərini dəqiq ifadə etmələrinə imkan verir. Müqa-
vilənin rolu təkjə bununla, yəni öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış etməklə bitmir.
O, həm də müqavilə bağlayan tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
Öhdəliyin əmələ gəlmə əsaslarından biri birtərəfli əqdlərdir (hərəkətlərdir). Ata öz itmiş uşağını tapan
şə
xsə televiziya vasitəsilə xüsusi mükafatlandırma vədi barədə açıq elan verir. Uşaq tapılır. Onu tapan şəxsə nə-
zərdə tutulan mükafat verilir. Bu halda atanın birtərəfli hərəkətindən (əqddən) xüsusi mükafatlandırma öhdə-
liyi yaranır (MM-in 1079-ji maddəsi). Ədəbi təşkilat ən yaxşı dram əsəri yaratmağa görə priz vermək barədə
yerli mətbuat səhifələrində açıq elan verir. Müsabiqə qalibi müəyyən edilir və ona priz verilir. Belə halda mü-
Dostları ilə paylaş: |