Microsoft Word mulki huquq doc


Hakimiyyət  aktlarından  biri  sayılan  m



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1210/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1206   1207   1208   1209   1210   1211   1212   1213   ...   1820
Hakimiyyət  aktlarından  biri  sayılan  məhkəmə  qərarları  əsasında  da  öhdəlik  yarana  bilər.  Belə  halda 

məhkəmə qərarı öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Xüsusilə qiymətli və dövlət 

tərəfindən  qorunan  sərvətlər  sırasına  daxil  edilmiş  mədəni  sərvətlər  mülkiyyətçi  tərəfindən  təsərrüfatsızjasına 

saxlana bilər. Bu isə onların öz əhəmiyyətini itirmək təhlükəsi yaradır. Bu sərvətlər məhkəmənin qərarına əsa-

sən,  mülkiyyətçidən  alınır  və  dövlət  mülkiyyətinə  keçir.  Dövlət  həmin  sərvətin  qiymətini  ödəyir.  Belə  halda 

mədəni sərvətin mülkiyyətçisi ilə dövlət arasında öhdəlik yaranır ki, bu cür öhdəliyin əmələ gəlmə əsası kimi 

məhkəmə qərarı çıxış edir (MM-in 208-ji maddəsi).  

Öhdəliyin əmələ gəlməsini şərtləndirən əsaslardan biri mülki hüquq subyektlərinə vurulan ziyandan iba-

rətdir. Belə hallarda şəxsin hüquqazidd hərəkəti, yəni mülki hüquq pozuntusu öhdəliyin əmələ gəlməsinə səbəb 

olan hüquqi fakt rolunu oynayır. Bu cür mülki hüquq pozuntusu delikt adlanır. Qanun müəyyən edir ki, başqa 

şə

xsə zərər vurmaq mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (MM-in 14-cü maddəsinin 2-



ji bəndinin 6-jı yarımbəndi). Məsələn, minik avtomobilini yüksək sürətlə idarə edən sürücü (zərərvuran) vətən-

daşın (zərərçəkənin) əmlakını zədələyir. Bununla əmlaka ziyan vurulur. Belə halda ziyan vurmaq nəticəsində 

hüquq münasibəti yaranır ki, bu cür münasibətə ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik və ya delikt öh-

dəliyi deyilir. Zərər vurmaq faktı bu öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Zərərvuran sürücü əmlaka vu-

rulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. O, həmin öhdəlikdə borclu şəxs, əmlakına zərər vurulmuş və-

təndaş (zərərçəkən) isə kreditor rolunda çıxış edir. Vətəndaş (zərərçəkən) kreditor kimi zərərin əvəzinin ödənil-

məsini tələb etmək hüququna malikdir. Başqa bir misalda sərxoş vəziyyətdə kənd sakini öz qonşusuna xəsarət 

yetirir. Bunun nəticəsində qonşunun sağlamlığı pozulur və əmək qabiliyyətini müvəqqəti itirir, habelə aylarla 

işə çıxmadığına görə qazanjdan (gəlirdən) məhrum olur. Bununla belə, qonşu sağlamlığın pozulması ilə bağlı 

ə

lavə xərclər çəkir, o cümlədən müalijəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və s. xərclər çəkir. Belə 



halda kənd sakini ilə (zərərvuranla) qonşu (zərərçəkən) arasında delikt öhdəliyi yaranır ki, kənd sakininin hüqu-

qazidd hərəkəti (xəsarət vurmaq faktı) bu öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Bu öhdəlikdə qonşu onun 

çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan kreditor, kənd sakini isə bu zərərin 

ə

vəzini ödəməyə borclu olan şəxsdir. 



Beləliklə,  delikt  öhdəlikləri  hüquqazidd  hərəkətlərdən  əmələ  gəlir.  Bu  cür  hərəkətlər  iqtisadi  dövriyyənin 

normal fəaliyyət göstərməsinə mane olur. Həmin hərəkətlər nəticəsində mənfi nəticələr yaranır. Bu cür nəticələ-

ri  aradan  qaldırmaq  üçün  qanun  xüsusi  xarakterli  delikt  öhdəliyi  nəzərdə  tutur  (MM-in  9-cu  bölməsi,  1096-

1132-ji maddələr). Lakin delikt öhdəlikləri hüquqauyğun nəticəyə nail olunmasına yönəlir. Bu nəticə isə iqtisa-




 

389


di dövriyyə iştirakçılarının pozulmuş əmlak vəziyyətini bərpa etməkdən ibarətdir. 

Öhdəliyin əmələ gəlmə əsaslarından biri əsassız varlanmadır. Qanun əsassız varlanmanın mülki hüquq və 

vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi nəzərdə tutur (MM-in 14-cü maddəsinin 2-ji bəndinin 7-ji yarım-

bəndi). Belə ki, əsassız varlanmadan öhdəlik yaranır. Hələ neçə əsr bundan əvvəl Roma hüququ onu kondikasi-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1206   1207   1208   1209   1210   1211   1212   1213   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin