məsinin müstəqil əsası kimi çıxış etmir. Belə ki, hadisələr həmin öhdəliyin çərçivəsində və hüdudlarında tə-
rəflər üçün hüquq və vəzifələr yaradır. Məsələn, əmlak təbii fəlakətdən (zəlzələdən, daşqından, qasırğadan və
s.) sığortalanır və onun mülkiyyətçisi sığortaçı (sığorta təşkilatı) ilə sığorta müqaviləsi bağlayır. Təbii fəlakət,
yəni sığorta hadisəsi baş verir və əmlak məhv olur. Bununla sığortaçı üçün sığortalıya sığorta ödənişi vermək
vəzifəsi yaranır. Deməli, belə halda sığorta hadisəsi (təbii fəlakət) sığorta öhdəliyi yox, sığortaçı üçün vəzifə
ə
mələ gətirir. Sığorta öhdəliyi sığorta müqaviləsi əsasında yaranır. Başqa bir misalda ata (vəsiyyət edən) bank
ə
manətinin yarısının öz qardaşına verilməsini oğluna (vərəsəyə) həvalə edir (vəsiyyət tapşırığı — leqat). Bu cür
vəsiyyət tapşırığı birtərəfli əqddir. Bu əqd yalnız vərəsəlik açıldığı andan, yəni vəsiyyət edən ata öldüyü andan
öhdəlik əmələ gətirir. Vəsiyyət edən ata ölməsə (onun ölümü hadisədir), öhdəliyin yaranmasından söhbət gedə
bilməz. Belə təsəvvür yaranır ki, belə halda hadisə (vəsiyyət edənin ölümü) vəsiyyət tapşırığı (birtərəfli əqd) ilə
birlikdə mürəkkəb hüquqi tərkib kimi öhdəliyin əmələ gəlməsinə səbəb olur.
Öhdəliyin əmələ gəlmə əsaslarından biri fiziki və hüquqi şəxslərin digər hərəkətləridir (MM-in 14-cü
maddəsinin 2-ji bəndinin 8-ji yarımbəndi). Şəxslərin digər hərəkətləri dedikdə, onların nə əqd, nə də inzibati akt
olan davranışı başa düşülür. Lakin bu cür hərəkətlər mülki qanunvericiliyin prinsiplərinə və ümumi əsaslarına
zidd olmamalıdır. Məsələn, vətəndaş huşunu itirir və yıxılır. Bunu görən qonşu onu təjili olaraq xəstəxanaya
çatdırır. Vətəndaşın üzərində ağır jərrahiyyə əməliyyatı aparılır. Dava-dərman alınması və jərrahiyyə əməliyyatı
üçün zəruri olan bütün xərcləri qonşu çəkir. Vətəndaş tam sağaldıqdan sonra qonşu çəkdiyi xərclərin əvəzinin
ödənilməsini tələb etmək hüququna malik olur, vətəndaş isə həmin xərclərin əvəzini ödəmək vəzifəsini daşıyır.
Onlar arasında öhdəlik yaranır. Bu öhdəliyin əmələ gəlməsi vətəndaşın birtərəfli hərəkəti ilə bağlıdır.
Dostları ilə paylaş: |