ya öhdəliyi anlayışı ilə əhatə etmişdi.
Ə
sassız varlanma öhdəliyi hüquqazidd hərəkətlərdən əmələ gələn xüsusi xarakterli öhdəlikdir. Bu anlayış hü-
quqi əsası olmayan (titulsuz) əmlak əldə etməni ifadə edir. Buna görə də qanun müəyyən edir ki, hüquqi əsas ol-
madan varlanmış şəxs əldə etdikləri əmlakı məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM-in 1092-ji maddəsi).
Məsələn, bir binada Cavadov familiyalı iki nəfər yaşayır. Bunlardan biri müəllim, digəri isə mühəndisdir. Uzaq
şə
hərdə yaşayan dostlardan biri müəllim Cavadova iki min dollar məbləğində maddi yardım məqsədilə pul göndə-
rir. Pulu gətirən şəxs onu səhvən mühəndis Cavadova verir. Mühəndis Cavadov əsassız varlanmış şəxs hesab edi-
lir. Onun (əsassız varlanmış şəxsin) borcudur ki, məhrum olanın (kreditorun) tələbi ilə pulu ona qaytarsın. Belə
halda əsassız varlanma öhdəliyi yaranır. Başqa bir misalda dağda güjlü tufan qopur. Bunun nəticəsində çobanın
(məhrum olanın) otardığı qoyun sürüsündən bir dəstə qoyun o biri çobanın (əsassız varlananın) sürüsünə qarışır.
Çobanlar arasında əsassız varlanma öhdəliyi yaranır. Bu öhdəliyə görə, əsassız varlanan çoban qoyunları məhrum
olan çobana qaytarmalıdır.
Ə
sassız varlanma öhdəliyinin təyinatı mülki dövriyyə iştirakçılarının pozulmuş əmlak vəziyyətini bərpa et-
məkdən ibarətdir. Bununla mənfi hallar aradan qaldırılır və müsbət nəticəyə nail olunur.
Öhdəliyin əmələ gəlmə əsaslarından biri hüquqi əməllərdir. Hüquqi əməllər elə hüquqauyğun hərəkətlərdir
ki, bu hərəkətlər xüsusi olaraq hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasına, yəni hü-
quqi nəticə əldə edilməsinə yönəlmir, lakin bu cür nəticənin əmələ gəlməsinə səbəb olur. Məsələn, traktorçu
kəndli (fermer) təsərrüfatı başçısının malik olduğu torpaq sahəsini şumlayarkən dəfinə tapır. Torpaq sahəsinin
mülkiyyətçisi ilə traktorçu arasında öhdəlik yaranır. Bu öhdəliyə görə, traktorçu dəfinənin yarısını fermer təsər-
rüfatı başçısına verməlidir. Dəfinənin tapılması hüquqi əməldir və bu, öhdəliyin əmələ gəlməsinə səbəb olur.
Başqa bir misalda vətəndaş özgə şəxsə məxsus olan itirilmiş əşyanı tapır. Bu hərəkət də hüquqi əməldir. tiril-
miş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə və ya onun mülkiyyətçisinə məlumat verməlidir (MM-in
186-jı maddəsinin 1-ji bəndi). Belə halda da öhdəlik əmələ gəlir. Hüquqi əməl (əşyanı tapmaq) isə bu öhdəliyin
ə
mələ gəlməsinə əsas olan hüquqi faktdır.
Öhdəliyin yaranma əsaslarından biri mürəkkəb hüquqi tərkib adlanır. Mürəkkəb hüquqi tərkib özündə iki
Dostları ilə paylaş: |