Hakimiyyət aktları öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Bu akt həmin aktdan yaranan öhdəliyin
məzmununu müəyyən edir. Bu cür hakimiyyət aktları iki cür olur: inzibati aktlar; məhkəmə aktları. Hakimiyyət
aktları arasında dövlət orqanlarının və ya yerli özünüidarə orqanının qeyri-normativ (fərdi) xarakterli in-
zibati aktları xüsusi yer tutur. Bu aktlar qanunvericilikdə öhdəliyin əmələ gəlmə əsası kimi nəzərdə tutulduq-
da, mülki hüquq və vəzifələr əmələ gəlir (MM-in 14-cü maddəsinin 2-ji bəndinin 2-ji yarımbəndi). Təbii fəla-
kətlər, texnoloci qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq döv-
lət orqanı qərar qəbul edir. Bu qərar əsasında mülkiyyətçidən əmlak dəyəri ödənilməklə, jəmiyyətin mənafeyi
üçün məcburi surətdə alınır. Buna rekvizisiya, yəni həcz deyilir (MM-in 209-cu maddəsi). Belə halda mülkiy-
yətçidən alınmış həmin əmlakın dəyərinin ödənilməsi barədə mülkiyyətçi ilə dövlət arasında öhdəlik yaranır.
Bu öhdəlikdə mülkiyyətçi kreditor, dövlət isə borclu şəxs kimi çıxış edir. Öhdəliyin əmələ gəlməsinin əsasını
isə dövlət orqanının qeyri-normativ (fərdi) xarakterli aktı təşkil edir. Başqa bir misalda torpaq sahəsi dövlət
ehtiyacları üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə mülkiyyətçidən satınalma yolu ilə alınır (MM-in
246-jı maddəsi). Belə halda da öhdəlik əmələ gəlir ki, bunun əmələ gəlmə əsasını inzibati akt təşkil edir.
Xalq təsərrüfatı üçün əhəmiyyəti olan obyektlərin və iqtisadiyyatın inkişafı üçün zəruri olan obyektlərin ti-
kintisi barədə müvafiq dövlət orqanının qərarı podrat öhdəliyinin əmələ gəlmə əsası kimi çıxış edir. Müəssisələr
dövlət ehtiyacları üçün işlər görə bilər. Dövlət orqanlarının inzibati aktlarından sayılan plan aktları əsasında
yüklər daşınır və nəqliyyat təşkilatı (dpşıyıcı) ilə yük göndərən arasında daşıma öhdəliyi yaranır.
Mənzilə ehtiyacı olan vətəndaşlara yerli dövlət orqanları tərəfindən verilən order də inzibati akt hesab olu-
nur. Bu akt order sahibi üçün onunla yaşayış evinin kirayə müqaviləsi bağlanmasını tələb etmək hüququ yara-
dır, mənzil-istismar sahəsi üçün isə bu cür müqavilə bağlamaq vəzifəsi əmələ gətirir. Belə halda da öhdəlik ya-
ranır ki, bu öhdəlik mülki hüquqla tənzimlənir.
Dostları ilə paylaş: |