Bir-birilə qarşılıqlı əlaqədə olmasına və birinin digəri üçün kəsb etdiyi əhəmiyyətin dərəjəsinə görə öh-
dəliklər iki növə bölünür: əsas öhdəliklər; aksessor öhdəlikləri.
Ə
sas öhdəliklər odur ki, bu öhdəliklər əlavə öhdəliklərə ehtiyac olmadan müstəqil surətdə mövcud olur. Hə-
min öhdəliklərin taleyi hər hansı bir öhdəlikdən asılı olmur. Məsələn, alqı-satqı, icarə, kirayə, borc və s. öhdə-
liklər əsas öhdəlik növünə şamil edilir. Əsas öhdəliklərə baş öhdəliklər də deyilir.
Aksessor öhdəlikləri odur ki, bu öhdəliklər yalnız əsas (baş) öhdəliklər mövcud olduqda yaranır və onunla
qırılmaz qarşılıqlı əlaqədə olur. Aksessor öhdəliklərinin (latınca «accessorius» — əlavə, törəmə) taleyi əsas
(baş) öhdəliklərdən asılı olur. Əsas öhdəliyin etibarsızlığı aksessor öhdəliyinin də etibarsızlığına səbəb olur.
Ə
sas öhdəliklər xitam edildikdə, əlavə öhdəliklər də ləğv olunur. Onlar qeyri-müstəqil olub, yardımçı xarak-
Dostları ilə paylaş: |