cranın subyekti kimi əlamətə görə öhdəliklər (şəxsi xarakterli öhdəliklər) iki cür olur: borclunun şəxsiy-
yəti ilə bağlı olan öhdəliklər; kreditorun şəxsiyyəti ilə bağlı olan öhdəliklər. Bu öhdəliklərin hər ikisi şəxsi xa-
rakterli öhdəliklərə şamil edilir.
Borclunun şəxsiyyəti ilə bağlı olan öhdəliklər odur ki, bu öhdəliklər icranın yalnız şəxsən borclu tərəfin-
dən həyata keçirilməsini və başqa şəxsə həvalə edilməməsini nəzərdə tutur. Bu cür öhdəliyə misal olaraq rəssa-
mın şəkil (portret) çəkməsini, vəkalət alanın tapşırıq müqaviləsi əsasında tapşıranın tapşırığını şəxsən icra etmə-
sini və s. göstərmək olar. Belə öhdəliklərdə borclunun başqası ilə əvəz edilməsi mümkün deyil və bu, yolveril-
məzdir. Borclunun ölümü və ya hüquqi şəxsin ləğv edilməsi ilə öhdəlik də xitam olunur, onun icrasının hüquqi
varislik qaydasında həyata keçirilməsi istisna edilir, yəni hüquqi varislər (vərəsələr) belə öhdəliyi icra edə bil-
məzlər.
Dostları ilə paylaş: |