səbəb olur. Lakin birgə borclular arasında hüquqi əlaqə davam edir. Belə ki, qanun öhdəliyi tam icra etmiş
borcluya çəkdiyi xərclərin əvəzinin ödənilməsi barədə qalan borclulara tələb irəli sürmək hüququ verir (MM-in
509-cu maddəsi). Bu hüquq geriyə tələb hüququ və ya reqres adlanır. Reqres qaydasında tələb hüququ dedik-
də, birgə öhdəliyi tam icra etmiş borclunun qalan borclulara verdiyi tələb başa düşülür. Tələb çəkilən xərclərin
borclular tərəfindən kompensasiya edilməsini nəzərdə tutur. Birgə borclulardan hər biri çəkilən xərci öz payları-
na mütənasib surətdə kompensasiya edir. Belə halda öhdəliyi tam icra etmiş borclunun payı çıxılır. O, yerdə qa-
lan digər borclulara münasibətdə kreditor kimi çıxış edir. Özü də onlar kreditor rolunda çıxış edən borclu qarşı-
sında öz payları həcmində məsuliyyət daşıyırlar. Deməli, bu cür reqres öhdəlik paylı öhdəlik hesab edilir. Mə-
sələn, kənd sakini beş nəfər üzvü olan kəndli (fermer) təsərrüfatına qiyməti 50 min manat olan yük maşını satır.
Üzvlər öz aralarında razılığa gəlirlər ki, yük maşını üçün ödənilməli olan pul məbləği bərabər paylarla (hissələr-
lə) verilsin. Hər bir üzvün payı 10 min (50 000 : 5) manat müəyyən edilir. Təsərrüfat üzvlərindən (birgə borclu-
lardan) biri yük maşınının pulunu ödəyir. Bundan sonra o, kənd sakini olan kreditora (satıcıya) ödədiyi pul
məbləğini kompensasiya etmək üçün hər bir təsərrüfat üzvünə (birgə borclulardan hər birinə) 10 min manat
məbləğində — jəmi 40 min manat (onun öz payı çıxılır, yəni 50 min – 10 min.) məbləğində reqres tələb irəli sü-
rür.
Bəzən elə hallar olur ki, birgə borclulardan biri ölür. Belə halda öhdəlikdə onu vərəsələr əvəz edirlər. Əgər
bir vərəsə olarsa, kreditorun tələbini o icra edir. Vərəsələr bir neçə nəfərdən ibarət olduqda, onda onlardan hər
biri kreditorun tələbini öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Bəzən də elə vəziyyət yaranır
ki, birgə borclulardan birinin ödəniş qabiliyyəti olmur, yəni o müflisləşir. Birgə borclulardan digərləri isə ödə-
niş qabiliyyətli hesab edilir. Belə halda onlar ödəniş qabiliyyəti olmayan borcluya düşən payı öz aralarında mü-
tənasib surətdə bölüşdürür və öhdəliyi icra edirlər.
Dostları ilə paylaş: |