Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1239/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1235   1236   1237   1238   1239   1240   1241   1242   ...   1820
səbəb  olur.  Lakin  birgə  borclular  arasında  hüquqi  əlaqə  davam  edir.  Belə  ki,  qanun  öhdəliyi  tam  icra  etmiş 

borcluya çəkdiyi xərclərin əvəzinin ödənilməsi barədə qalan borclulara tələb irəli sürmək hüququ verir (MM-in 

509-cu maddəsi). Bu hüquq geriyə tələb hüququ və ya reqres adlanır. Reqres qaydasında tələb hüququ dedik-

də, birgə öhdəliyi tam icra etmiş borclunun qalan borclulara verdiyi tələb başa düşülür. Tələb çəkilən xərclərin 

borclular tərəfindən kompensasiya edilməsini nəzərdə tutur. Birgə borclulardan hər biri çəkilən xərci öz payları-

na mütənasib surətdə kompensasiya edir. Belə halda öhdəliyi tam icra etmiş borclunun payı çıxılır. O, yerdə qa-

lan digər borclulara münasibətdə kreditor kimi çıxış edir. Özü də onlar kreditor rolunda çıxış edən borclu qarşı-

sında öz payları həcmində məsuliyyət daşıyırlar. Deməli, bu cür reqres öhdəlik paylı öhdəlik hesab edilir. Mə-

sələn, kənd sakini beş nəfər üzvü olan kəndli (fermer) təsərrüfatına qiyməti 50 min manat olan yük maşını satır. 

Üzvlər öz aralarında razılığa gəlirlər ki, yük maşını üçün ödənilməli olan pul məbləği bərabər paylarla (hissələr-

lə) verilsin. Hər bir üzvün payı 10 min (50 000 : 5) manat müəyyən edilir. Təsərrüfat üzvlərindən (birgə borclu-

lardan)  biri  yük  maşınının  pulunu  ödəyir.  Bundan  sonra  o,  kənd  sakini  olan  kreditora  (satıcıya)  ödədiyi  pul 

məbləğini  kompensasiya  etmək  üçün  hər  bir  təsərrüfat  üzvünə  (birgə  borclulardan  hər  birinə)  10  min  manat 

məbləğində — jəmi 40 min manat (onun öz payı çıxılır, yəni 50 min – 10 min.) məbləğində reqres tələb irəli sü-

rür.  

Bəzən elə hallar olur ki, birgə borclulardan biri ölür. Belə halda öhdəlikdə onu vərəsələr əvəz edirlər. Əgər 



bir vərəsə olarsa, kreditorun tələbini o icra edir. Vərəsələr bir neçə nəfərdən ibarət olduqda, onda onlardan hər 

biri kreditorun tələbini öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Bəzən də elə vəziyyət yaranır 

ki, birgə borclulardan birinin ödəniş qabiliyyəti olmur, yəni o müflisləşir. Birgə borclulardan digərləri isə ödə-

niş qabiliyyətli hesab edilir. Belə halda onlar ödəniş qabiliyyəti olmayan borcluya düşən payı öz aralarında mü-

tənasib surətdə bölüşdürür və öhdəliyi icra edirlər.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1235   1236   1237   1238   1239   1240   1241   1242   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin