Fəal paylı çoxluqda kreditorların hər biri borcludan öhdəliyin icrasını öz payı (hissəsi) həcmində tələb et-
mək ixtiyarına malikdir. Məsələn, vəsiyyət yolu ilə atadan bərabər paylarla vərəsələrə (dörd nəfərə) keçən yaşa-
yış evini onlar qonşuya 40 min manata satırlar. Onlardan hər birinin payı (40 000 : 4) 10 min manatdır. Vərəsə-
lərdən hər biri borcludan (qonşudan) yalnız 10 min manat (öz payı həcmində) pulun verilməsini tələb edə bilər.
Qarışıq paylı çoxluqda kreditorlardan hər biri ona çatası payı (hissəni) tələb etmək hüququna malikdir,
borclulardan hər biri isə öhdəliyi ona düşən pay (hissə) həcmində icra edir. Yuxarıdakı misalda dörd nəfər vərə-
sə yaşayış evini payları bərabər olan (yəni hər biri 10 min manat) dörd nəfər vətəndaşa satır. Hər bir vərəsə 10
min manat tələb edə bilər, hər bir borclu (vətəndaş) isə yalnız 10 min manat ödəməyə borcludur.
Mülki qanunvericilik paylı çoxluğun prezumpsiyasını müəyyən edir. Belə ki, əgər müqaviləyə, qanuna və
ya öhdəlik predmetinin bölünməzliyinə əsasən birgə (solidar) çoxluq əmələ gəlməzsə, onda paylı çoxluqdan
söhbət gedə bilər. Deməli, müqavilədə və qanunda nəzərdə tutularsa və ya öhdəliyin predmetini bölmək müm-
kün olmazsa, onda birgə (solidar) çoxluq yaranır. Belə təsəvvür yaranır ki, birgə çoxluğun əmələ gəlməsinin üç
ə
sası var: müqavilə; qanun; öhdəliyin predmeti olan əmlakın paylara (hissələrə) bölünməsinin mümkün olma-
ması faktı (MM-in 493-cü maddəsinin 2-ji bəndi, 500-cü maddəsinin 2-ji bəndi). Azərbaycan Respublikasının
mülki qanunvericiliyinə görə, bütün öhdəliklər paylı öhdəlik hesab edilir, bir şərtlə ki, müqavilədə, qanunda bir-
gə (solidar) öhdəlik nəzərdə tutulmasın və ya öhdəliyin predmeti olan əmlakın bölünməməsinə əsasən birgə (so-
lidar) öhdəlik əmələ gəlməsin. Qeyd etmək lazımdır ki, paylı öhdəliklərdə kreditorların tələb hüquqları və ya
396
borcluların öhdəlikləri (borcları) paylara bölünür. Birgə öhdəliklərdə isə tələb hüquqları və ya öhdəliklər (borc-
lar) paylara bölünmür. Yalnız bölünən öhdəliklər (yəni predmeti bölünən öhdəliklər) paylı öhdəlik ola bilər.
Dostları ilə paylaş: |