Birgə, yəni solidar öhdəlik (latınca «solidus» — tam, bütöv) odur ki, bu öhdəliyə görə kreditorlardan hər
biri borcludan tam icranı tələb edə bilər və ya borclulardan hər birinə öhdəliyi tam icra etmək vəzifəsi həvalə
oluna bilər. Bu öhdəliyin üç növü vardır: passiv birgə çoxluq; fəal birgə çoxluq; qarışıq birgə çoxluq.
Passiv birgə çoxluq bu öhdəliklərin ən geniş yayılmış növüdür. Əgər öhdəlikdə bir kreditora qarşı bir neçə
birgə borclu şəxs durarsa, onda bu cür öhdəlik passiv birgə çoxluq adlanır. Bu öhdəlikdə borclunu təmsil edən
tərəf birgə borclular adlanır. Birgə borclular o şəxslərdir ki, onlardan hər biri öhdəliyin tam icrasında iştirak
etməyə borcludur, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdir (MM-in 500-cü maddəsi-
nin 1-ji bəndi). Bu münasibətlərdə hər şey kreditorun iradəsindən asılıdır. Belə ki, kreditor icranı istənilən borc-
ludan tələb edə bilər. Şübhəsiz ki, onun icranı bütün borclulardan birlikdə tələb etmək ixtiyarı da vardır.
Kreditorun ixtiyarı var ki, o, istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb etsin. Bu, kre-
ditorun arzusundan asılıdır. Məsələn qonşu (kreditor) bir otaqlı mənzili ər-arvada satır. Qonşu ər-arvaddan hər
birinə mənzilin pulunun tam ödənilməsi barədə tələb irəli sürə bilər. O, ər və ya arvaddan hissə-hissə icranı da
tələb edə bilər.
Birgə borclulardan biri (adətən, təminatlı və imkanlı olan) öhdəliyi tam icra edə bilər. Bu halda öhdəliyə xi-
tam verilir. Yuxarıdakı misalda arvad mənzilin pulunu tam ödəyir və alqı-satqı öhdəliyi ləğv edilir. Bununla qa-
lan borclular icradan azad edilir. Beləliklə, borclulardan birinin öhdəliyi tam icra etməsi öhdəliyin ləğvinə
Dostları ilə paylaş: |