Öhdəlikdə şəxslərin dəyişməsinin ikinci halı borcun köçürülməsi (öhdəliyin verilməsi) adlanır. Borcun köçü-
rülməsi institutunun tarixi kökü qədim Roma hüququ ilə bağlıdır. Bu hüquq borcun köçürülməsinə öhdəlikdə
Azərbaycan Respublikasının MM-in 26-jı fəslinə daxil olan normalar (522-526-jı maddələr) borcun köçürül-
bağlanması üçün üç tərəfin, yəni borclunun, kreditorun və üçüncü şəxsin (yeni borclunun) öz iradələrini ifadə et-
rə, borcun köçürülməsi iki yolla həyata keçirilir: birinji yola görə, kreditorla yeni borclu arasında müqavilə bağla-
nır (§ 414); ikinci yola görə, köhnə və yeni borclu arasında müqavilə bağlanır (§ 415), kreditor isə buna razılıq ve-
rir. Yaponiya qanunvericiliyinə görə, borcun köçürülməsi köhnə və yeni borclu arasında bağlanan borc öhdəliyi-
407
nin köçürülməsi barədə müqavilə əsasında həyata keçirilir. Amma kreditorun buna razılıq verməsi tələb olunur.
Kreditorun şəxsiyyəti borclu üçün mühüm əhəmiyyət kəsb etmir. Öhdəliyin kimin üçün — yeni, yoxsa əv-
vəlki kreditor üçün icra edilməsinin borclu şəxs üçün əhəmiyyəti və təvafütü yoxdur. Buna görə də, əvvəldə
qeyd etdiyimiz kimi, müəyyən istisnalarla, kreditorun tələb hüquqlarının başqa kreditora güzəşti üçün borclu-
nun razılığı tələb olunmur (MM-in 194-cü maddəsinin 1-ji bəndi), yəni sessiyaya onun razılıq verib-verməməsi
soruşulmur. Tələb hüququnun sessiyası barədə borcluya yalnız xəbər verilir. Öhdəlikdə borclu şəxs əvəz edil-
dikdə isə iş tamamilə başqa cür olur. Belə ki, kreditor üçün borclunun şəxsiyyəti mühüm əhəmiyyət kəsb edir.
Borclunun şəxsiyyəti vəzifənin icrası üçün vacib elementdir. Kreditor borclu ilə öhdəlik münasibətlərinə girər-
kən həmin borcluya etimad göstərir, etibar edir, onun öhdəliyi icra etməyə imkanı və ödəmək qabiliyyətinə ma-
lik olduğunu güman edir. Borclunun əvəzinə öhdəlikdə başqa borclu iştirak etdikdə isə yeni şəxs kreditorda
onun öhdəliyi lazımınja icra etməsinə inam yaratmaya da bilər. Buna görə də qanun müəyyən edir ki, öhdəlikdə
borclunu üçüncü şəxs əvəz edərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur (MM-in 522-ji maddəsinin 2-ji
bəndi). Bu, onunla izah olunur ki, kreditorun borclunun ödəmə qabiliyyətinə malik olmasında və onun öhdəliyi
lazımınja icra etməsində marağı vardır. Beləliklə, öhdəlikdə borclunun üçüncü şəxslə əvəz edilməsinə kreditor
icazə verməsə, borc köhnə borcludan yeni borcluya köçürülməmiş hesab edilir; kreditorun icazəsi olmadan heç
kəs özünü üzərinə düşən öhdəlikdən azad edə bilməz.
Borcun köçürülməsi üçün icazə müəyyən qayda əsasında alınır. Belə ki, hər şeydən əvvəl, borcun köçürül-
məsi barədə kreditora məlumat verilir. Bu məlumatı həm borclu, həm də üçüncü şəxs (yeni borclu) verə bilər.
cazə vermək məqsədilə kreditora müəyyən vaxt müddəti verilir. Kreditor icazəni bu müddət ərzində verməli-
dir. Elə hallar da olur ki, kreditor bu müddət qurtaranadək icazə vermək barədə niyyətini bildirmir, susur. Bu,
kreditorun icazə verməkdən imtina etməsini ifadə edir.
Borcun köçürülməsinin əsasını, hər şeydən əvvəl, əqdlər (müqavilələr) təşkil edir. Bununla belə, borcun kö-
çürülməsinin əsası kimi qanunda nəzərdə tutulan hüquqi faktlar da çıxış edə bilər. Məsələn, universal hüquq va-
risliyi bu cür fakta misal ola bilər. Ata qonşudan borc alır. O, sağlığında borcu qaytarmır. Ata ölür. Borc öhdəli-
yində atanın (köhnə borclunun) yerini onun vərəsəsi (yeni borclu) tutur. Belə ki, vərəsə həmin borc məbləğini
qonşuya ödəməlidir. Deməli, borcun köçürülməsi universal hüquq varisliyi (vərəsəlik) əsasında həyata keçirilir.
Borcun köçürülməsi halında öhdəliyin məzmunu (tərəflərin hüquq və vəzifələri) dəyişilmir. Buna görə də
yeni borclu kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə
bilər (MM-in 524-cü maddəsi).
Beləliklə, yeni borclu əvvəlki borclunun əvəzinə öhdəlik hüquq münasibətinə daxil olur. Bununla əvvəlki
borclu öhdəlikdən azad edilir. O, öhdəlik hüquq münasibətindən çıxır.
Dostları ilə paylaş: