Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1272/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1268   1269   1270   1271   1272   1273   1274   1275   ...   1820
Subroqasiya tələbin güzəştinin elə bir formasıdır ki, buna görə zərərin əvəzinin üçüncü şəxs (təqsirkar 

şə

xs) tərəfindən ödənilməsini tələb etmək hüququ sığortalıdan sığorta ödənişi məbləğində bu ödənişi ver-



miş sığortaçıya keçir (MM-in 936-jı maddəsinin 1-ji bəndi, «Sığorta haqqında» qanunun 37-ji maddəsinin 1-ji 

bəndi). Özü də dərhal qeyd etməliyik ki, subroqasiya institutu yalnız qeyri-həyat sığortasında, yəni zərərdən sı-

ğ

orta və mülki məsuliyyətin sığortasında istifadə olunur. Həyat sığortasında bu anlayış tətbiq edilmir.  



Subroqasiyanın  mənasını  başa  düşmək  üçün  konkret  misala  müraciət  edək.  Vətəndaş  özünə  məxsus  olan 

nəqliyyat vasitəsini sığortalayır və bu məqsədlə sığorta təşkilatı ilə (sığortaçı ilə) sığorta müqaviləsi bağlayır. 

Başqa bir vətəndaş yüksək sürətlə idarə etdiyi yük maşını ilə həmin nəqliyyat vasitəsini tamamilə əzərək, onu 

sıradan çıxarır və istifadə üçün yararsız hala salır. O, təqsirkar şəxs hesab olunur. Bununla sığorta hadisəsi baş 

verir və sığortaçı müqaviləyə uyğun olaraq, nəqliyyat vasitəsi sahibinə (sığortalıya) sığorta ödənişi (15 min ma-

nat  məbləğində)  verir.  Nəqliyyat  vasitəsi  sahibinin  təqsirkar  şəxsə  vurduğu  ziyanın  ödənilməsini  tələb  etmək 

hüququ vardır. O, 15 min manat məbləği həcmində (yəni sığortaçının nəqliyyat vasitəsi sahibinə verdiyi sığorta 

ödənişi həcmində) bu tələb hüququnu sığorta təşkilatına (sığortaçıya)  güzəştə gedir. Həyata keçirilən bu akta 

subroqasiya deyilir. 

Subroqasiya institutunun tətbiqini təkjə sığorta münasibətlərilə məhdudlaşdırmaq olmaz. Bu institutdan həm 

də qeyri-sığorta münasibətləri sferasında istifadə etmək olar. Məsələn, kreditor (girov saxlayan) borcluya (girov 

qoyana) məxsus əşyaya (girov qoyulmuş əşyaya) məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əş-

yaya hüquqların (mülkiyyət hüququnun) itirilməsi təhlükəsi yarana bilər. Onda hər hansı bir üçüncü şəxs kredi-

torun tələbini ödəyə bilər. Bundan sonra tələb hüququ üçüncü şəxsə keçir (MM-in 431-ji maddəsinin 3-cü bən-

di). Bu qeyri-sığorta hüququ sahəsində, yəni girov hüququ sferasında subroqasiyadır. Məsələn, vətəndaş bank-

dan kredit alır və əmlakını girov qoyur. Kredit müqaviləsinin müddəti başa çatır, amma vətəndaş krediti qaytar-

mır. Belə halda bank girov qoyulmuş əmlaka tələb yönəldir. Vətəndaşın yaşayış evinə olan mülkiyyət hüququ-

nun  itirilmək  təhlükəsi  yaranır.  Vətəndaşın  yaxın  qohumu  olan  sahibkar  banka  kredit  məbləği  həcmində  pul 

ödəyir. Belə halda tələb hüququ bankdan həmin sahibkara keçir.  

Subroqasiya sessiyadan fərqli cəhətlərə malikdir. Bu anlayışlar bir-birindən, əsasən, iki xüsusiyyəti ilə fərqlə-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1268   1269   1270   1271   1272   1273   1274   1275   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin