Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1268/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1264   1265   1266   1267   1268   1269   1270   1271   ...   1820
yin məzmunu (tərəflərin hüquq və vəzifələri) isə dəyişmir, olduğu kimi saxlanılır. Ona görə də sedentin tə-

ləbi sessionara hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir (MM-in 196-jı maddəsinin 

1-ji bəndi). Sessionara öhdəliyin icrasını təmin edən hüquqlar da (girov hüququ, zaminlik, ipoteka hüququ, dəb-

bə  pulu  və  s.)  keçir.  Məsələn,  borc  girovla  təmin  edilərsə,  onda  sessionar  da  həmin  təminatdan  istifadə  edir. 

Sessionara həm də tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq da keçir. Bu qay-

da gəlirlərə, bəhərlərə, xərclərin əvəzinin ödənilməsinə də şamil edilir. 

Qanun borclunun mənafeyini də nəzərə alır. Belə ki, o, sessionarın tələbinə qarşı etiraz edə bilər. O, sedentə 

qarşı malik olduğu etirazları sessionara verir. Özü də o, yalnız bildiriş aldığı anda sedentə qarşı malik olduğu 

etirazları irəli sürə bilər. Tələb sedentdən sessionara güzəşt edildiyi məqamda mövcud olan etirazlar irəli sürülə 

bilməz və bu, nəzərə alınmır. 

Sessiya qanunda nəzərdə tutulan müəyyən formada bağlanır. MM-in 194-cü maddəsinin 4-cü bəndi sessiya-

nın formasını tənzimləyir. Qanun müəyyən edir ki, sessiyanın forması sessiyanın əmələ gəlməsinə əsas olan 

ə

qdin forması ilə müəyyən edilir. Belə ki, əgər həmin əqd (əsas) sadə yazılı formada bağlanarsa, onda sessiya 



da bu formada bağlanır. Məsələn, sadə yazılı formalı borc müqaviləsindən irəli gələn tələb hüququ güzəşt edi-

ləndə, sessiya da sadə yazılı formada olur. Şifahi formalı borc müqaviləsindən əmələ gələn tələb hüququ güzəşt 

edildiyi halda, sessiya da şifahi formada olur. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1264   1265   1266   1267   1268   1269   1270   1271   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin