razılaşmasına zidd olmamalıdır.
Belə ki, əgər müqavilədə tələb hüququnun verilməsini qadağan edən şərt nəzərdə tutularsa, həmin hüququ kre-
ditor sessiya yolu ilə başqa şəxsə verə bilməz. Məsələn, mal göndərmə müqaviləsində belə bir şərt müəyyən edilir
ki, mal göndərən (kreditor) alıcıdan (borcludan) göndərilmiş malın pulunun ödənilməsini tələb etmək hüququnu
üçüncü şəxsə güzəşt edə bilməz. Müqavilədə həm də belə bir şərt nəzərdə tutula bilər ki, kreditor tələb hüququnu
yalnız borclunun razılığı ilə güzəşt edə bilər. Əgər müqavilədə tələb hüququnun verilməsini qadağan edən şərt ol-
mazsa, kreditor həmin hüququ güzəşt edə bilər. Yalnız borclunun əsaslı (üzrlü) maraq və mənafeyi olduqda, belə
şə
rt nəzərdə tutula bilər.
Sessiyanın üçüncü şərti ondan ibarətdir ki, kreditorun tələb hüququnu başqa şəxsə verməsi qanunvericiliyə
Dostları ilə paylaş: |