Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1263/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1259   1260   1261   1262   1263   1264   1265   1266   ...   1820
sessionar arasında bağlanan əqd başa düşülür. Bu cür əqd kimi alqı-satqı, bağışlama, dəyişmə, faktorinq və s. 

mülki-hüquqi müqavilələr başa düşülür. Özü də bu əqd hüquqi təbiətinə görə həm əvəzli, həm əvəzsiz və ya 

həm birtərəfli, həm ikitərəfli və yaxud da həm real, həm də konsensual əqd ola bilər. Bu əqdlərin predmetini tə-

ləb hüquqları təşkil edir. Konkret misal çəkməklə bu məsələləri aydınlaşdıraq. Vətəndaş öz qonşusuna müəyyən 

məbləğdə borc pul verir və bununla onlar arasında öhdəlik (borc öhdəliyi) yaranır. Lakin borc verən qonşu uzun 

müddətə xarici ölkəyə işləməyə gedir. Belə halda o, borc alan qonşudan borcun verilməsini tələb etmək hüqu-

qunu qardaşına verir (bağışlayır). Bu misalda borc verən qonşu sedent, onun qardaşı sessionar, borc alan qonşu 

isə borclu adlanır. Sessiyanın əsası, yəni tələb hüququnun verilməsi üçün əsas olan hüquqi fakt (əqd) bağışlama 

müqaviləsidir. Bu müqavilənin predmetini isə sedentə (borc verən qonşuya) məxsus olan tələb hüququ təşkil 

edir. Tələb hüququnun verilməsi aktı isə sessiya adlanır.  

Hüquqi fakt dedikdə, ikincisi, qanunda bilavasitə nəzərdə tutulan elə hallar (bu halların təxmini siyahısını 

yuxarıda vermişik) başa düşülür ki, bu hallar nəticəsində öhdəlikdə kreditor dəyişdirilir. Məsələn, universal hüquq 

varisliyi nəticəsində öhdəlik üzrə tələb hüquqları sedentdən sessionara keçə bilər. 

Bu, qanunda birbaşa nəzərdə tutulan hüquqi faktdır. Vətəndaş dostuna borc pul verir.  Lakin borc  məbləğini 

dostundan geri almamış o ölür. Borc verənin vərəsələrinin qonşudan borc məbləğinin qaytarılmasını tələb etmək 

ixtiyarı vardır. Ona görə ki, borc öhdəliyi üzrə tələb hüququ ölən vətəndaşdan (sedentdən) onun vərəsələrinə (ses-

sionara) keçmişdir. Bunun üçün əsas isə qanunda nəzərdə tutulan hüquqi fakt, yəni universal hüquq varisliyi (və-

rəsəlik) olmuşdur. Belə hallarda söhbət mahiyyətjə, qanun əsasında yaranan sessiyadan gedir. Almaniya sivilistika 

doktrinasında göstərilir ki, sessiya qanun əsasında yarana bilər. Burada həmin hala belə bir misal çəkilir: zamin tə-

rəfindən borc ödənildikdən sonra borcluya olan tələb hüququ ona keçir. Bu halı bizim ölkə qanunvericiliyi də nə-

zərdə tutur (MM-in 475-ji maddəsinin 1-ji bəndi). Bundan əlavə, Almaniya mülki hüquq elmində göstərilir ki, ha-

kimiyyət aktı yolu ilə də sessiya yarana bilər (məsələn, əmlaka həbs qoymaqla öhdəliyin məcburi icrası). 

Öhdəlikdə tərəf kimi çıxış edən borclunun kreditorun öz tələb hüququnu digər şəxsə verməsində marağı yox-

dur. Bununla belə, kreditorun öz tələb hüququnu başqasına verməsi borclunun mənafeyinə toxunmur və onun hü-

quqlarını pozmur. Buna görə də öhdəliyin kimin qarşısında — yeni kreditorun, yoxsa əvvəlki kreditorun qarşısın-

da icra edəjəyinin borclu şəxs üçün təvafütü yoxdur. Göstərilən halı nəzərə alaraq, qanun müəyyən edir ki, kredi-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1259   1260   1261   1262   1263   1264   1265   1266   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin