Sessiya dedikdə, hüquqi fakt əsasında sedentdən sessionara hüququn verilməsi (güzəşti) aktı başa düşülür.
Sedent (latınca «cedere» — vermək) dedikdə, öhdəlikdə tərəf kimi çıxış edən əvvəlki (köhnə) kreditor başa dü-
ş
ülür. O, öhdəlikdən irəli gələn tələb hüququnu sessionara verir, ona güzəşt edir. Öhdəlikdə yeni kreditor rolun-
da çıxış edən şəxs sessionar (fransızca «cessionnaire» — tələb hüququnun keçdiyi şəxs) adlanır. O, sedentdən
tələb hüququnu əldə edən yeni kreditordur. Deməli, sedent öhdəliyin əvvəlki kreditoru, sessionar isə yeni kredi-
toru hesab edilir. Almaniya hüquq doktrinasında da sessiyaya analoci anlayış verilir: sessiya müqavilə əsasında
tələb hüququnun sedentdən sessionara verilməsidir.
Sedentdən sessionara tələb hüquqları hüquqi fakt əsasında verilir. Hüquqi fakt dedikdə, birinjisi, sedentlə
Dostları ilə paylaş: |