kin bəzi hallarda kreditor borclunun razılığı olmadan tələb hüququnu yeni kreditora verə bilməz. Həmin hallarda
tələbi vermək üçün hökmən borclunun icazə verməsi tələb olunur. Əgər borcludan razılıq alınmazsa, onda sessi-
yanın şərti pozulur və həmin akt etibarsız hesab olunur. Xüsusən də kreditorun şəxsiyyətinin borclu üçün vacib
həmiyyət daşıdığı öhdəlik üzrə tələbin borclunun razılığı olmadan güzəşt edilməsinə yol verilmir. Məsələn, və-
xsiyyətinin rəssam üçün vacib əhəmiyyəti vardır. Vətəndaş borclunun (rəssamın) razılığı olmadan portretin çə-
raq doğurmur. Başqa bir misalda qarantiya üzrə benefisiara (kreditora) mənsub olan və qarantdan tələb etmək hü-
ququ başqa şəxsə yalnız qarantın (borclunun) razılığı ilə verilə bilər (MM-in 482-ji maddəsi). Kreditorun şəxsiy-
yətinin borclu üçün vacib əhəmiyyət kəsb etməsinə görə aşağıdakı tələblər də borclunun razılığı olmadan güzəşt
edilə bilməz: konsensual bağışlama müqaviləsi üzrə şəxs öz evsiz qohumuna mənzil bağışlayır və qohumun bu
mənzilin ona verilməsini həmin şəxsdən (borcludan) tələb etmək hüququ; kirayə müqaviləsi üzrə kirayəçinin kira-
yəyə verəndən (borcludan) əmlakın verilməsini tələb etmək hüququ; kredit müqaviləsi üzrə kredit alan şəxsin
Bunlardan başqa, kreditor və borclu arasında razılaşmada nəzərdə tutula bilər ki, kreditor tələb hüququnu
borclunun razılığı olmadan başqa şəxsə verə bilməz. Əgər kreditor tələb hüququnu borclunun razılığı olmadan
güzəşt edərsə, bu, hüquqi nəticə doğurmur və puç əqd sayılır. Borclunun razılıq verməsi birtərəfli əqddir. Bu-
404
Qeyd etmək lazımdır ki, sessiyanın etibarlı olması üçün o, üç əsas şərtə javab verməlidir. Bu şərtlər qanunda
göstərilmişdir (MM-in 194-cü maddəsinin 1-ji bəndi). Onlara sessiyanın şərtləri deyilir.
Sessiyanın birinji şərti ondan ibarətdir ki, o, öhdəliyin mahiyyətinə zidd olmamalıdır; əgər öhdəliyin mahiy-
yətinə sessiya zidd olarsa, onda sedent sessionara tələb hüququnu verə bilməz. Məsələn, bölünməz öhdəliklərdən
irəli gələn tələb hüququnun bir hissəsinin (ayrı-ayrı tələblərin) başqa şəxsə verilməsi öhdəliyin mahiyyətinə ziddir
(kirayə müqaviləsi üzrə bir otaqlı və ya minik avtomobilindən istifadə hüququnun bir hissəsinin başqa şəxsə veril-
məsini kirayəçi tələb edə bilməz və s.); bölünməz öhdəliklər odur ki, onlar yalnız tam icra olunur; bu öhdəliyin
hissə-hissə icrası mümkün deyil. Şəxsi öhdəliklərdən irəli gələn tələb hüquqlarının verilməsi də öhdəliyin mahiy-
yətinə ziddir. Buna görə belə hüquqların başqa şəxsə verilməsi (o cümlədən sessiya yolu ilə verilməsi) qeyri
mümkündür. Məsələn, pensiya almaq hüququnun sessiya yolu ilə başqa şəxsə verilməsini hətta təsəvvür etmək ol-
mur. Xüsusən də icrası şəxsi bacarıq, ustalıq, sənətkarlıq və məharət, müəyyən halları qiymətləndirmək qabiliyyə-
ti və ya müəyyən etibar-nüfuz, ad-san tələb edən öhdəliklərdən (müqavilələrdən) irəli gələn tələb hüquqlarının
sessiya qaydasında başqa şəxsə verilməsi istisna edilir. Məsələn, filarmoniya məşhur və tanınmış müğənni ilə
konsert vermək barədə müqavilə bağlayır; bu müqavilədən müğənninin konsert vermək barədə filarmoniyadan tə-
ləb etmək hüququ yaranır. Aydın məsələdir ki, o, bu hüququ sessiya yolu ilə başqa şəxsə verə bilməz.
Sessiyanın ikinci şərti ondan ibarətdir ki, kreditorun tələb hüququnu başqa şəxsə verməsi onun borclu ilə
Dostları ilə paylaş: