bildiriş versin; sessionarın bildirişi (məlumatı) şifahi formada da verə bilər. O, bildiriş verməsə, borclu, sedent qar-
ş
ısında öhdəliyi icra edir. Bu cür icra mümkündür (MM-in 195-ji maddəsi). Lakin sedent artıq güzəşt edilmiş hüqu-
qun sahibi olmadığına görə o, əsassız əmlak əldə edən şəxs (belə əmlak əldə etmənin hüquqi əsası yoxdur), sessionar
isə əmlakdan məhrum olan şəxs hesab edilir. Odur ki, onlar arasında kondikasiya öhdəliyi (əsassız varlanma öhdəli-
yi) yaranır. Bu öhdəliyə görə, sessionarın kondikasiya tələbinə əsasən, sedent əsassız əldə edilmiş əmlakı ona qaytar-
malıdır (MM-in 1092-ji maddəsi).
Borclunun sessionar qarşısında öhdəliyi icra etməsi üçün sessionarın müəyyən hərəkətləri yerinə yetirməsi tə-
ləb olunur. Belə ki, sessionar tələbin ona keçməsi barədə sübutları borcluya təqdim etməlidir. Əgər o, sübut-
lar təqdim etməsə, borclu öhdəliyi icra etmir (MM-in 198-jı maddəsinin 1-ji bəndi). Sübutlar dedikdə, tələb hüqu-
qunun sedentdən sessionara keçməsini şərtləndirən hüquqi faktlar (bağlanmış əqd, universal hüquq varisliyi və s.),
habelə sedentin tələb hüququnu təsdiqləyən sənədlər başa düşülür. Sedentin borcudur ki, bu sənədləri və tələbin
həyata keçirilməsi üçün əhəmiyyətli olan məlumatları (borclunun olduğu yer, bank hesabı, filialı və digər məsələ-
lər barədə məlumatları) versin. Məsələn, kənd sakini (sedent) öz minik avtomobilini qonşusuna (borcluya) satır.
Qonşu onun pulunu iki aydan sonra ödəməyi vəd edir. Onlar arasında alqı-satqı müqaviləsi bağlanır. Kənd sakini
(sedent) bu öhdəlikdən irəli gələn tələb hüququnu, yəni avtomobilin pulunun verilməsini tələb etmək hüququnu
oğluna (sessionara) bağışlayır və onunla bağışlama müqaviləsi bağlayır. Sedent tələb hüququnu təsdiqləyən alqı-
satqı müqaviləsinin surətini sessionara, sessionar isə bağışlama müqaviləsinin surətini borcluya (qonşuya) təqdim
etməlidir. Qeyd etməliyik ki, borcluya lazımi sənədlərin (sübutların) təqdim edilməməsi öz hüquqi nəticəsinə görə
borcluya bildiriş göndərilməməsinə (məlumat verilməməsinə) bərabər tutulur. Hər iki halda borclu sessionar qar-
ş
ısında məsuliyyət daşımır. Onun sedent qarşısında öhdəliyi icra etməsi isə lazımınja icra hesab edilir və öhdəliyin
xitamına səbəb olur.
405
Öhdəlikdə şəxslərin dəyişməsində, o cümlədən sessiyada yalnız öhdə liyin subyekt tə rkibi də yiş ir, öhdə li-
Dostları ilə paylaş: |