aktlarda ifadə olunan imperativ normalara zidd olarsa, onda həmin müqavilə etibarsız hesab edilir.
Bəzən də elə olur ki, müqavilə bağlandıqdan sonra yeni qanun qəbul edilir. Bu qanun müqavilə bağlanarkən
qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi olan başqa qaydalar (imperativ normalar) müəy-
yən edə bilər. Belə halda bağlanmış müqavilə hansı qanunla — köhnə, yoxsa yeni qanunla tənzimlənəjəkdir?
Həmin vəziyyətdə müqaviləyə «qanunun geriyə qüvvəsi yoxdur» kimi ümumi qayda tətbiq ediləjəkdir. Bu, o
deməkdir ki, həmin müqavilə yeni qanunla yox, köhnə qanunla qaydaya salınır, yəni bağlanmış müqavilənin
şə
rtləri öz qüvvəsini saxlayır. Bununla mülki dövriyyənin möhkəmliyi təmin edilir. Bu cür məqamlarda müqa-
viləyə qəbul olunan yeni qanun da tətbiq oluna bilər. Bunun üçün zəruridir ki, həmin qanunda onun əvvəllər
Dostları ilə paylaş: |